Xəbərlər‎ > ‎

Qatillər layiqincə cəzalandırılımalıdır

6 Tem 2017 05:50 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 7 Tem 2017 02:31 güncellendi ]
    
    İyulun 6-da Şəki Bələdiyyəsinin növbədənkənar iclası keçirilmişdir. İclasda böyük ürək yanğısı ilə iyulun 4-də axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndində 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdriz qızının və onun nəvəsi, 2016-cı təvəllüdlü Quliyeva Zəhra Elnur qızının ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi,  
1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızının yaralanması müzakirə olunmuşdur.


        Toplantıda çıxış edən bələdiyyə sədri Elşad İbadov 51 yaşlı Sahibə Allahverdiyevanın və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın vəhşicəsinə qətlə yetirilməsini, eyni vaxtda 1965-ci il təvəlüdlü Səlminaz Quliyevanın yaralanmasını kəskin pisləmiş, nankor ermənilərin artıq 30 ilə yaxın bir zamanda öz xislətlərindən əl çəkmədiklərini xüsusi qeyd etmişdir. E.İbadov onu da vurğulamışdır ki, hələ həyatın nə olduğunu anlamayan, məsumluqdan başqa heç nə bilməyən 2 yaşlı körpənin qətlə yetirilməsi bəşəriyyətə qarşı edilmiş qanlı cinayət kimi qəbul edilməlidir. Bu vəhşilik atıq bütün dünya dövlətləri tərəfindən qiymətləndirilməli, canilər beynəlxalq ictimaiyyət tərəfindən layiqincə cəzalandırılmalıdırlar.
        Şəki Bələdiyyəsi sədrinin birinci müavini İntiqam Əşirov da öz çıxışında ürək ağrısı ilə bildirmişdir ki, erməni faşistlərinin körpə uşağı qətlə yetirmələri birinci hadisə deyil. O, əlavə etmişdir ki, mənfur düşmən o qədər azğınlaşmışdır ki, onun üçün nəinki körpələri, qadınları, ahıl qocaları, hətta əlilləri belə öldürmək adi hala çevrilmişdir. İ.Əşirovun sözlərincə, nə qədər ki, nankor qonşularımız layiqincə cəzalandırılmayacaqlar, onların vəhşiliyi davam edəcəkdir.
            
    
    Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Şəki Bələdiyyəsi” qəzetinin baş redaktoru Murad Nəbibəyov demişdir ki, vaxtilə bizim ata-baba totrpaqlarımızda havadarlarının dəstəyi ilə özlərinə dövlət qurmuş ermənilər daim Azərbaycana qarşı düşmənçilik siyasəti yürütmüş, ələ keçirdikləri ərazi azmış kimi, vaxtaşırı yenə də havadarlarının vesitəsilə torpaqlarımızı işğal etməkdə davam etmişlər. Onların bizə qarşı olan vəhşiliklərinə isə bir qayda olaraq beynəlxalq təşkilatlar nəinki susmuş, yeri gələndə onları müdafiə etmiş, biz tərəfdən isə cavab reaksiyaları olduqda çalışmışlar ki, atəşkəs rejimi dərhal bərpa edilsin və daşnak tör-töküntülərinin burunları da qanamasın. M.Nəbibəyov onu da əlavə etmişdir ki, artıq işğalçıların bizə qarşı törətdiklərinə sadəcə dözmək mümkün deyildir. Cinayətkarların cəzalandırılması üçün bütün imkanlardan istifadə olunmalı, beynəlxalq təşkilatların gözünün açılmasına və “Dünya birliyi” adlandırdığımız toplumun suzqunluğuna son qoyulmasına bütün vasitələrdən istifadə edib nail olmaq lazımdır.
        İclasda iştirak edən digər bələdiyyə üzvləri və qulluqçuları da özlərindən əvvəl çıxış edənləri tamamilə dəstəklədiklərini diqqətə çatdırmış, qaniçən qonşularımızın cinayətlərini kəskin pisləmiş və canilərin cəzalandırılması uşun bütün imkanlardan istifadə olunmasını tələb etmişlər.
        Tədbirin sonunda bütün Şəkililər adından balaca Zəhranın və onun nənəsi Sahibə xanımın əzizlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı səsləndirilmiş, hadisə zamanı yaralanmış 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızına Allahdan şəfa dilənmişdir.

Mətbuat və ictimaiyyətlə 
əlaqələr şöbəsi