Xəbərlər‎ > ‎

Bələdiyyələrlə İş Mərkəzinə rəis təyinatı baş tutub

6 Eyl 2016 00:50 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 Eyl 2016 00:52 güncellendi ]
        Dünən - sentyabrın 5-də Ədliyyə naziri Fikrət Məmmədov Zahir Məmməd oğlu Əlizadəyə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəis səlahiyyətlərinin icrasının həvalə edilməsi haqqında əmr imzalayıb.


        Belediyye.infoya daxil olan məlumata görə, Ədliyyə nazirinin müavini Vilayət Zahirov Zahir Əlizadəni dünən kollektivə təqdim edib.

        Qeyd edək ki, Zahir Əlizadə bundan əvvəl Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
        Xatırladaq ki, əvvəllər mərkəzin rəisi işləmiş Mehdi Səlimzadə Azərbaycan Prezidentinin sərəncamı ilə Göyçay Rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edildiyindən onun səlahiyyətlərini müvəqqəti olaraq Mərkəz rəisinin birinci müavin Fazil Məmmədov icra edirdi.

Mənbə: Belediyye.info
05-09-2016 

        P.S. 
Şəki Bələdiyyəsinin kollektivi Zahir Əlizadəni yeni təyinatı münasibətilə təbrik edir, ona Azərbaycanın bələdiyyə sisteminin inkişafında böyük müvəffəqiyyətlər arzulayır.