Xəbərlər‎ > ‎

10 saylı məktəb Bayraq Gününü qeyd etdi

6 Kas 2015 08:11 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 6 Kas 2015 08:19 güncellendi ]
        Bu gün Şəki məktəblərində 9 Noyabr -Dövlət Bayrağı günü münasibəti ilə maraqlı və rəngarəng tədbirlər keçirilmişdir.

        Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayevin Facebook səhifəsində yazdığı məlumata görə, 
Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Türkanə Əkbərovanın və ingilis dili müəllimi Turan Kərimovanın təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Dövlət Himni oxunduqdan sonra şagirdlərin ifasında doğma Vətənimiz,onun üçrəngli dövlət bayrağı və digər rəmzləri barədə hər iki dildə çoxlu şeirlər,mahnılar səsləndirildi.Ulu Öndər Heydər Əliyevin və cənab Prezidentimiz İlham Əliyevin müxtəlif mərasimlərdə dövlət bayrağı haqqında söylədikləri dəyərli fikirlərin əksini tapdığı videoçarxlar,slaydlar göstərildi,dövlət bayrağının yaranması tarixinə qısa ekskurs olundu.Məktəb rəhbərləri və təhsil şöbəsinin nümayəndələri də çıxış edərək şagirdləri və müəllimləri bayram münasibətilə təbrik etdilər,onlara xoş arzularını çatdırdılar.