Xəbərlər‎ > ‎

Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıqla Şəhid olan soydaşlarımız

7 Nis 2016 11:05 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 7 Nis 2016 11:06 güncellendi ]

        Baş leytenant İsmayılov Bəkir oğlu (Mi-24 vertolyotunun ekipajı), Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb.
        Mayor Vəlizadə Urfan Uzeyir oğlu (Mi-24 vertolyotunun ekipajı), 1978-ci il təvəllüdlü. Türkiyənin Hava Harp Okulu Məzunu.
        Mayor Musazadə Təbriz Tariyel oğlu (Mi-24 vertolyotunun ekipajı). 1981-ci il təvəllüdlü. Gürcüstanın Dmanisi rayonunun Yavuxlu kəndində anadan olub.
        Əsgər Nurayev Rəvan İsmayıl oğlu. 1997-ci il təvəllüdlü Rəvan Nurayev ailənin tək oğlu idi. 2015-ci ilin aprel ayında Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
        MAHXQ Qəhrəmanov Ruhim Əşrəf oğlu. Cəbrayıl rayonundan hərbi xidmətə çağırılıb. 01 noyabr 2014-cü il tarixdən müddətdən artıq hərbi xidmətdə olan çavuş, 22 yaşlı. Aprelin 2-də erməni silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olub.
        Əsgər Kaçayev Samir İzayəddin oğlu, 2015-ci ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə çağırılıb. 1994-cü il təvəllüdlü.
        Əsgər Mehrəliyev Sarvan Natiq oğlu. Əslən Xocalıdan olan, 1997-ci il təvəllüdlü S.Mehralıyev Ağdam rayonunun Ballar kəndində torpağa tapşırılıb.
        Əsgər Əliyev Orxan Məhəmməd oğlu, 1996-cı il təvəllüdlü. Qazax rayonundan (Aslanbəyli kəndi) hərbi xidmətə çağırılıb.
        Mayor Əliyev Elnur Adil oğlu. Hərbi hissənin nizami hissə rəisi mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. E.Əliyev Füzuli rayonunun Dədəli kəndində dəfn olunub. Ailəlidir, iki oğlu var.
        MAHXQ İsgəndərov Nicat Bəhruz oğlu, 27 yaşlı (1989-cu il təvəllüdlü) Nicat İsgəndərov Tərtər rayonundan hərbi xidmətə çağırılıb. Evin tək oğlu olub.
        Gizir Səfərov Elmdar Səlimxan oğlu. 1992-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. Tərtər istiqamətində şəhid olub.
        Baş leytenant Namazov Elvin Məmməd oğlu. Qazax rayonu Yuxarı Salahlı kəndində doğulub.
        Əsgər Novruzov Ravil Elman oğlu. Tərtər istiqamətində şəhid olub. 1986-cı ildə Xızı rayonu, Giləzi qəsəbəsində anadan olub.
        Əsgər Muradov Rizvan Telman oğlu. Sabirabad rayonu, Çiçəkli kəndində anadan olub. 1996-cı il təvəllüdlü. 2015-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.
        Zabit Həmidov Orxan Ənvər oğlu. Füzuli rayonu Əhmədalılar kəndindən hərbi xidmətə çağırılıb.
        MAHXQ Qarayev Dilsuz. Ağcabədi rayonu, Hindarx kənd sakini, kəşfiyyatçı. Tərtərdə gedən döyüşlər zamanı şəhid olub.
        Əsgər Novruzov Fərahim Adışirin oğlu (20 yaş). Biləsuvar rayonu, Səmədabad kəndindən. Aprelin 3-də gecə Füzulidə gedən döyüşlərdə şəhid olub.
        Əsgər Bağırov Sərxan Azər oğlu. Aprelin 2-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Göygöl rayonu, Almədədli kəndində dəfn olunub. 1997-ci il təvəllüdlü. Ailənin yeganə övladı olub.
        Əsgər Mirzəyev Nürəddin Etimad oğlu. Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə şəhid olub. 1996-cı il təvəllüdlü. Yardımlı rayonunun Honuba kəndində dəfn edilib.
        Mayor Rasim Məmmədov (40 yaş). Tankçı. Tabur komandiri. Cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə həyatını itirib. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğludur.
        Polkovnik-leytenant Orucov Raqub Cahangir oğlu. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. 1972-ci il təvəllüdlü. Ağdam rayonunda anadan olub.
        MAHXQ Hüseynov Əlvan. Füzuli rayonundan hərbi xidmətə çağırılıb. Aprelin 3-də cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.
        Əsgər Bayramov Sərxan Oqtay oğlu. Zaqatala rayonu, Qala Düzü sakini. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
        Əsgər Orucov Müşfiq Arif oğlu. Zəngilan rayon sakini. Naftalandan hərbi xidmətə çağırılmış M.Orucov aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
        Əsgər Dəmirli Hüseyn Zeynal oğlu. Biləsuvar rayonundan hərbi xidmətə çağırılıb. Tankçı.
Gizir Hümbətov Orxan Kazım oğlu, Şəki rayonu Kiş kəndindən. 1992-ci il təvəllüdlü.
        Əsgər Qasımov Teymur Mikayıl oğlu, 1996-cı il təvəllüdlü. Göyçay rayon, Çaxırlı kənd sakini. Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. T.Qasımov 2014-cü ilin oktyabrında Göyçay rayonundan hərbi xidmətə yola salınıb. Teymur Qasımov bu günlərdə Vətən qarşısında borcunu yerinə yetirərək yaşadığı rayona qayıdacaqmış.
        Əsgər Müstəcəbov Orxan. Qobustan rayonu, Bədəlli kənd sakini.
        MAHXQ Qaibov Elvin Sədrəddin oğlu. 27 yaş. Füzuli ətrafında gedən döyüşlərdə şəhid olub. Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub.
        Əsgər Hacıağayev Cabbarxan. Aprelin 4-də Lələtəpə yüksəlikliyində şəhid olub.
        MAHXQ Əsgərov Nurlan Bayram oğlu. Masallı rayonu Kalinovka kəndi. 21 yaş. Aprelin 4-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olub. N.Əsgərov 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq cəbhə bölgəsində Vətənə xidmətini davam etdirib.
        Əsgər Süleymanov Vüqar Natiq oğlu. Şəkinin Böyük Dəhnə kəndindən. 1993-cü il təvəllüdlü
        Əsgər Quliyev Səyyar Knyaz oğlu. Füzuli rayonu 4-cü Zobcuq qəsəbə sakini. Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid olub.
        Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu. 1990-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olub. Ailənin yeganə oğlu idi. Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən həlak olub.
        Əsgər Məmmədov Murad Vaqif oğlu. Əslən Biləsuvar rayonundan olan M.Məmmədov 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.
        Kapitan Quliyev İnqilab Çingiz oğlu. Aprelin 4-də cəbhədə erməni hücumunun qarşısını alarkən şəhid olub. 1983-cü il təvəllüdlü. Gəncədən hərbi xidmətə çağırılıb.
        Əsgər Cəbrayılov Ömər Məzahir oğlu. 1997-ci il təvəllüdlü. Ağdaş rayonundan (Şəkili) hərbi xidmətə çağırılıb. Cəbrayılov bu il yanvarın 4-də Ağdaş rayonundan hərbi xidmətə yola salınıb.
        Əsgər Qasımov Nurlan Cəmil oğlu. 1997-ci il təvəllüdlü. Şəmkir rayonunun Tatar kəndində doğulub. N.Qasımov 2015-ci ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdı.
        Gizir Abdullayev Nurlan Rasim oğlu. 1994-cü il təvəllüdlü. Zərdab rayonunun Böyükdəkkə kəndində doğulub.
        Baş leytenant Həsənov Ziya Niyaz oğlu. 1989-cu il təvəllüdlü. Bərdə rayonu, Lək kəndindən.
        Əsgər Bağırov Emin. Bakı şəhəri, Binəqədi rayonundan.
        Əsgər İslamov Əlizaman Fərrux oğlu. 1997-ci il təvəllüdlü. Lənkəran rayonunun Cilkənd kəndindən..
        Leytenant Şirinov Sahil Həsrət oğlu. Qəbələ rayonu Bum kəndindən. 1992-ci il təvəllüdlü. S.Şirinov nişanlı olub, toy mərasiminə hazırlaşırmış.
        Əsgər Əsgərov Təbriz Hamlet oğlu. Şəmkir rayonu Morul kəndindən. Gədəbəy istiqamətində döyüşlərdə şəhid olub.
        Əsgər Babayev Emin.
        Əsgər Əzizzadə Xaliq Həsən oğlu. Şərur rayonu, Yaycı kəndindən. Şəhidin nəşinin erməni tərəfdə olduğu bildirilir. 3 gün öncə övladı dünyaya gəlib.
        Baş leytenant Novruzov Mirzə Sərvər oğlu. Goranboy rayonu Tapqaraqoyunlu kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Zabitimiz ailəli idi və iki övladı var.
        Polkovnik Yusifov Vüqar Nürəddin oğlu. Şəmkir rayonunun Şiştəpə kəndindən. 40 yaşlı. V.Yusifov 3 uşaq atası olub.
        Əsgər Şirəliyev Kamran. Bakı şəhəri, Mərdəkan qəsəbəsindən. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
        Leytenant Orucəliyevin Qabil. Naxçıvan şəhərinin Xıncov məhəlləsində anadan olub. Tərtər istiqamətindəki döyüşlərdə ağır yaralanaraq həyatını itirib. Ölümündən əvvəl oğlu olub. Amma Orucəliyev oğlunun nə səsini eşidib, nədə üzünü görüb. Leytenant Orucəliyev həyatda tək övlad olmaqla yanaşı, həmdə atasız böyüyüb.
        Əsgər Ülvi Məmmədov. Laçın rayonu Qarakeçdi kəndindən. Aprel ayında hərbi xidmətini başa vuraraq təxris olunmalı idi.
        Əsgər Bayramov Şulan Bayram oğlu, 1996-cı il təvəllüdlü. 1996-cı il təvəllüdlü. Sumqayıt şəhərindən. Ş.Bayramov 2013-cü ildə orta məktəbi bitirib.
        Gizir Ağayev Rusif. Aprelin 7-də gecə atışmasında şəhid olub. Lənkəran rayonunun Hirkan qəsəbəsində anadan olub.
        Kapitan Bayramov Vaqif Dilqəm oğlu. 1979-cu il təvəllüdlü. Naftalan şəhərindən. Talış ətrafı atışmada aprelin 7-də gecə şəhid olduğu bildirilir (digər bir mənbəyə görə, itkin düşüb. Bu istiqamətdə məlumat araşdırılır).

        ALLAH RƏHMƏT ELƏSİN.
Xəzər Araşdırmalar Mərkəzi