Xəbərlər‎ > ‎

Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı xəbərdarlıq edir - CƏRİMƏ EDİLƏ BİLƏRSİNİZ

7 Tem 2017 02:45 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 7 Tem 2017 02:46 güncellendi ]









Məhərrəm Xəlilov, 
Azərbaycan Bələdiyyə İşçiləri 
Həmkarlar İttifaqının sədri 

        Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Məhərrəm Xəlilovun imzasıyla bələdiyyələrə tövsiyə məktubu göndərilib. Məktubda qeyd edilir:

        “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233- cü maddəsinə uyğun olaraq havanın temperaturu 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü yerlərdə binalarda otaqlarda və digər yerlərdə bütün növ işlərin görülməsi dayandırılımalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizə si məqəsdiylə onlara sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilələrin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməlidir.
        Eyni zamanda fasilələr iş vaxtına daxil edilməldir. Bu fasilələr zamanı əmək haqqının işçilərin tarif maaşına görə ödənilməsi təmin edilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
        İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə görə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə , əməyin mühafizə qatydalarının pozulmasına görə 1000 manatdan 2 000 manata qədər cərimələrin tətbiq edilməsi nəzərdə tutulmuşdur.
        Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı bələdiyyələrə havanın temperaturunun 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədiylə qanunvericiliyin tələblərinə riayət edilməsi tövsiyə olunur.”
Mənbə: Belediyye.info, 06 iyul 2017