Xəbərlər‎ > ‎

Azərbaycan Respublikasının daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək

7 Ağu 2017 00:59 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 7 Ağu 2017 01:01 güncellendi ]
2017-ci il avqust ayının 26-da 
Azərbaycan Respublikasının 
daxili işlər naziri, 
general-polkovnik Ramil Usubov 
tərəfindən Şəki şəhərində - 
Şəki, Balakən, Zaqatala, 
Qax, Oğuz və Qəbələ 
rayonları üzrə 
vətəndaşların 
qəbulunun keçirilməsi 
nəzərdə tutulmuşdur.

        Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı Şəki şəhər-Rayon Polis Şöbəsinə müraciət etməklə qəbula yazıla bilərlər.
        Qəbulla əlaqədar qeydiyyatdan keçmə müddəti 15 avqust tarixinədəkdir.
        Qəbula yazılmaq üçün müraciət edən vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Şəki şəhər-Rayon Polis Şöbəsi