Xəbərlər‎ > ‎

Şəkililər Telavi şəhərinin yaranması günü münasibətilə keçirilən bayram tədbirlərində iştirak edirlər

7 Kas 2014 01:28 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 7 Kas 2014 01:29 güncellendi ]
        Dünən - noyabrın 6-da axşam saatlarında Şəkinin nümayəndə heyəti Telavi şəhərinin yaranması günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Gürcüstana yola düşüblar.


        Həmyerlilərimizi bu tədbirə hələ oktyabrın 24-də Şəkidə keçirilən "Şəhər günü" tədbirlərində iştirak edən Gürcüstan nümayəndə heyətinin rəhbəri, Telavi şəhər xalq məclisinin sədri Arçil Txlaşidze dəvət etmişdi. O, demişdi: "İnsanlar toy-bayram edərkən ətrafına yaxınlarını, doğmalarını toplayırlar. Sevinirik ki, Şəkinin 2702 illiyinə yaxın dost kimi, biz də dəvət almışıq. Fürsətdən istifadə edib, biz də öz növbəmizdə şəkililəri, şəhər rəhbərliyini noyabrın əvvəllərində Telavi şəhərinin yaranması günü münasibətilə keçiriləcək bayram tədbirlərinə dəvət edirik"