Xəbərlər‎ > ‎

Şəkidə çağırışçıların təntənəli hərbi xidmətə yola salınması mərasimi keçirilib (video)

7 Nis 2015 23:29 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 8 Nis 2015 00:04 güncellendi ]
        
Aprelin 7-də Şəkidə çağırışçıların təntənəli hərbi xidmətə yola salınması mərasimi keçirilib.

        Mərasimdə çağırışçıların valideynləri və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə mərasim iştirakçıları Rayon İcra Hakimiyyətinin binası önündə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, öz ehtiramlarını bildiriblər. Mərasim daha sonra Bəxtiyar Vahabzadə adına Mədəniyyət və İstirahət Parkında davam etdirilib. Tədbirdə çıxış edənlər çağırışçılara tövsiyyələrini verib, onlara Vətənin keşiyində şərəflə, ləyaqətlə durmağı və hərbi xidməti uğurla başa vurmağı arzulayıblar. Hərbi xidmətin önəmi və hər bir gəncin Vətənə xidmət borcunu yerinə yetirməsinin vacib olduğu vurğulanıb. Gənclərin üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirəcəyinə inam ifadə olunub. Bildirilib ki, hər bir valideyn öz övladını vətənpərvər ruhda tərbiyələndirməli, onu cəmiyyətə yararlı fərd kimi yetişdirilməsində məsuliyyətini dərk etməlidir. Təntənəli mərasimin sonunda çağırışçılar üçrəngli bayrağın altından keçib, hərbi xidmətə yollanıblar.
Mənbə: Kanal S