Xəbərlər‎ > ‎

Şəkidə şəkərli diabetə tutulan uşaqlar (video)

7 Nis 2015 23:35 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 7 Nis 2015 23:37 güncellendi ]
        Günümüzdə Şəkərli Diabet xəstəliyi ən geniş yayılmış xroniki xəstəliklərindəndir. Bu xəstəlik sonradan qazanılır və ya irsən keçir. Ən böyük risk qrupuna aid insanlar oturaq həyat tərzi sürənlərdir. Amma bu bəlaya uşaqlar da düçar olur. Növbəti sujetimiz bu haqda olacaq. Şəkidə qeydiyyatda olan 400-ə yaxın şəkərli diabet xəstəsindən 12-si azyaşlıdır. Bəs uşaqlar bu bəlaya necə düçar olur?    Valideynlərində şəkər xəstəliyi olan uşaqlar genetik olaraq buna meylli olurlar. Ancaq bu xəstəliyə tutulmanın digər səbəbləri də var.Uşaqlarda da böyüklər kimi xəstəliyin əlamətləri eynidir. Genetik olaraq şəkərli diabetə meylli olan insanlar körpəlikdən nizamlı şəkildə bəslənilməlidir. Çəki ilə yanaşı qidalanmalarına xüsusi diqqət yetirilməlidir. Şirin və şokoladlı məhsullardan mümkün qədər imtina edilməli, meyvə və tərəvəzə üstünlük verilməlidir. Belə uşaqlar daim həkim nəzarətində olmalıdırlar. Eyni zamanda uşaqların idmanla da məşğul olmaları üçün şərait yaradılmalıdır. Bir sözlə, belə uşaqların səhhəti daim diqqət mərkəzində saxlanılmalıdır.
Mənbə: Kanal S