Xəbərlər‎ > ‎

Şəkinin Suçma kəndində problemlər (video)

7 Nis 2015 23:40 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 7 Nis 2015 23:41 güncellendi ]
        Suçma kəndi Şəkinin ən böyük kəndlərindər biridir. Kəndin əhalisi artıq 20 ildən çoxdur ki, sudan əziyyət çəkir. Bu dəfə onlar suyun olmasından yox, içdikləri suyun natəmizliyindən şikayətçidir.


        Sakinlərin sözlərinə görə, yağış yağanda istifadə etdikləri bulaq suyunun rəngi bulanıq olur. Bu da onların səhhətinə mənfi təsir göstərir. Sakinlər suyu evə gətirdikən sonra onu özlərinin tapdığı üsulla süzüb sonra içirlər. Bu da xeyli vaxt aparır. Ancaq Suçma kəndi əhalisinin tək problemi su deyil. Sakinlər kənd yollarının da bərbad olmasından narazıdırlar. Gündəlik işə, məktəbə, rayon mərkəzinə gedib-gələn sakinlər bu dağınıq, çalalı-çuxurlu yoldan istifadə etmək məcburiyyətindədirlər. Xüsusilə, yağış yağan zaman yaranan iri gölməçələr və bataqlıqlar buradan avtomobil və piyadaların hərəkətini mümkünsüz edir. Bütün bu məsələlərlə bağlı Şəki İcra hakimiyyəti başçısının Suçma kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə yollandıq. İş vaxtı olmasına baxmayaraq heç bir məsul şəxsi yerində tapmadıq. Telefonla əlaqə saxlamağa çalışdıq. Bizə 10 dəqiqə sonra iş yerində olacağını bildirən icra nümayəndəsi Həsən Abdullayev 2 saat yarım gözləməyimizə baxmayaraq gəlib çıxmadı. O ki, qaldı sakinlərin probleminə, yəqin ki, bir az da gözləməli olacaqlar.
Mənbə: Kanal S