Xəbərlər‎ > ‎

Aşağı Göynük kəndinə qaz xətti çəkilir (video)

8 Nis 2015 06:22 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 8 Nis 2015 06:23 güncellendi ]
        
Regionlarda kəndlərin qazla təminatı sahəsində işlər davam etdirilir. Şəkinin Aşağı Göynük kəndinə qaz xəttinin çəkilişinə martın 30-dan başlanılıb. Hazırda işlər sürətlə davam etdirilir. Qısa müddət keçməsinə baxmayaraq, artıq qaz xəttinin 5 kilometrlik hissəsi hazırdır.
 

        İşlərin vaxtında başa çatdırılması üçün eyni zamanda 8 briqada çalışır. Lahiyəhə əsasən, kənddə 3 əsas xətlə ümumilikdə, 57 kilometr uzunluğunda 108 mm-lik metal borularla yerüstü qaz xətti çəkilməlidir. Bundan sonra mavi yanacağın sakinlərin evlərinə qədər çatdırılması üçün xətlər çəkiləcək. Yeni çəkilən qaz xətti Yevlax-Balakən magistral qaz kəmərindən qidalanacaq. Bunun üçün həmin kəmərdən kəndə qədər olan hissədə 159 mm ölçülü polietilen borularla xətt çəkiləcək. İşlər başa çatandan sonra Aşağı Göynükdə 4 minə yaxın sakin 886 fərdi evi isitmək üçün mavi yanacaqdan istifadə edə biləcəklər. Lahiyə üzrə işlərin avqust ayına qədər başa çatdırılması planlaşdırılıb. Aşağı Göynükdən sonra ətraf – Köndələn, Baş Göynük, Baş Layısqı kimi kəndlərə də yeni qaz xəttinin çəkilişinə başlanılacaq. Qeyd edək ki, hazırda Şəkinin Qoxmuq, Böyük Dəhnə və Kiçik Dəhnə kəndlərinin mavi yanacaqla təminatı üçün də işlər davam etdirilir.
Mənbə: Kanal S