Xəbərlər‎ > ‎

Soydaşlarımızın haqq səsi Nyu-Yorkdan gəldi

8 Tem 2017 03:04 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 8 Tem 2017 03:06 güncellendi ]




ABŞ-ın Nyu-York şəhərində yaşayan həmyerlimiz, Nyu-York Azərbaycan Evinin və Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin rəhbəri Minəvvər xanım Vahabovadan məlumata görə, ABŞ-da yaşayan Azərbaycanlılar dünən - iyulun 7-də günorta saatlarında 
BMT-nin Baş qərargahı qarşısında etiraz aksiyası keçiriblər.

        Minəvvər xanımın dediklərinə görə, əllərində erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilən 2 yaşlı körpə Zəhranın fotoları, Azərbaycan bayrağı və etiraz bildirən plakatlar olan Azərbaycan diasporunun üzvləri ABŞ vaxtı ilə saat 16:00 radələrində BMT-nin Baş qərargahı önündə toplaşaraq nankor qonşularımızın son günlərdə törətdikləri qanlı cinayətlərə öz münasibətlərini bildiriblər.
        Mitinqdə Nyu-York əhalisinə və aksiyanı izləyənlərə işğalçıların tanıdılması məqsədi ilə cəllad Sərkisyanın fotosu və işğalçı Ermənistanın bayrağı da nümayiş etdirilib.
        Soydaşlarımızın dünyanın ən səlahiyyətli təşkilatının Baş qərərgahı qarşısında keçirdikləri aksiyadakı haqq səslərinin bütün dünyaya yayılacağı şübhə etmirik.
M.Nəbibəyov,
Şəki Bələdiyyəsi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri