Xəbərlər‎ > ‎

Şəkidə "Qafqaz Albaniyası və Alban kilsəsi" mözusunda I Resbublika konfransı keçiriləcək

8 Kas 2015 00:21 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 11 Kas 2015 05:43 güncellendi ]
Hörmətli cənablar və xanımlar! 
Sizi "Qafqaz Albaniyası və Alban kilsəsi" mövzusunda keçiriləcək I Resbublika elmi konfransına dəvət edirik. 

        Konfrans 2015-ci il noyabrın 23-dən 25-dək Azərbaycan Resbublikasının Şəki şəhərində keçiriləcək.





        Konfransın təşkilatçıları: Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Resbublikasının Prezdenti Yanında Bilik Fondu, Azərbaycan Yaradıcılıq Fondu.

        Konfransın məqsədi: Qafqaz Albaniyasının sosial-siyasi məsələlərini antik dövrdən başlayaraq, VIII əsrin əvvələrini əhatə edən bir xronoloji çərçivə əsasında göstərmək, Azərbaycan multikulturalizminin ilkin bağlarını, çox mədəniyyətliliyi Qafqaz Albaniyası səhifələrində izləmək, bu mədəniyyətin nümunələrindən olan Alban apostol aftokefal kilsənin tarixini işıqlandırmaq.

        Konfransın müzakirəsinə çıxarılan əsas mövzular:

        I. Qafqaz Albaniyası antik dövrdə.
        - Qafqaz Albaniyasının tarixi coğrafiyası.
        - Antik müəlliflər Qafqaz Albaniyası haqqında. Əhalisi.
        - Qafqaz Albaniyasının şəhərləri.
        - Xiristianlığadək inanclar. Xiristianlığın yayılması.

        II. Qafqaz Albaniyası ilkin orta əsrdə:
        - Alban apostolu kilsəsi və xiristian kilsəsində gedən mübarizə.
        - Erkən orta əsrdə Qafqaz Albaniyasının tarixi coğrafiyası. Arşakilər dövründə.
        - VI-VII əsrdə Qafqaz Albaniyasında baş verən sosial-siyasi proseslər.
        - Qafqaz Albaniyası Mehranilər dövründə.
        - Alban əlifbası.
        - Qafqaz Albaniyası ərəblərin işğalı dövründə. (VII-VIII əsrin əvvələrində)

        Konfransın işində iştirak etmək üçün müəllif mövzusunun adını göstərməklə müraciət etməli, tezis, müəllif haqqında məlumat hazırlamalı (soyadı, adı, atasının adı tam olaraq verilməli, iş yeri, təhsili, ixtisası, vəzifəsi, elmi dərəcəsi, ünvanı, iş və ev telefonları e-poçt ünvanı).

        Konfransın işçi dili Azərbaycan və Rus dillərində olacaq. Konfransın nəticələri ilə bağlı məruzələr toplusu nəşr olunacaq. Topluda nəşr olunan məruzələr Azərbaycan, rus və ingilis dillərində qəbul olunacaq.

        Nəşr üçün qəbul olunan materiallar (format WORD) müəllif ç.v. həcminə qədər çap olunur.
        Formar - A4 (210x297 mm);
        Səhifə kənarları: sol boş sahə - 30mm, sağ -10mm, yuxarı – 20 mm və aşağı - 25mm;  sətirlər arası interval: 1.5; şrift - "Times New Roman-14"

        Mətnə (20 sözdən çox olmayaraq) annotasiya, açar sözlər (5-7) azərbaycan, rus, ingilis dillərində əlavə edilir. İqtibaslar ardıcıl sıra sayı ilə mətndə göstərilir. Məsələn, (1,c.54)... Məqalənin sonunda bu iqtibasların siyahısı əlifba sırası ilə verilməlidir.

        Məruzələrə 15 dəqiqə vaxt verilir. Konfransda iştirak etmək istəyənlər mövzunun adını və tezisləri (bir səhifədən çox olmayaraq) bu ünvana göndərsinlər: 

        Verdiyeva Həcər - Tel: (070) 304 58 54. hacar2002@yahoo.com         
        Cahangirov Pənah - cahangirov-panah@pa.qov.az
        
İlyasov Rəşad - rshdisv@gmail.com 
        Tədbirdə iştirak etmək istəyənlərin ən azından elmi rütbələri "... fəlsəfə doktoru" olmalıdır.

        Konfransla bağlı bütün xərcləri təşkilat komitəsi öz üzərinə götürür.

Təşkilat komitəsi