Xəbərlər‎ > ‎

Şəki çaylarında sel təhlükəsi gözlənilir? (video)

9 Nis 2015 07:07 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 9 Nis 2015 07:07 güncellendi ]
Dağətəyi zonada yerləşən Şəkinin demək olar ki, bütün çayları öz mənbəyini yüksəkliklərdən götürür. Buna görə də ilin müxtəlif vaxtlarında bu çaylarda suyun səviyyəsində kəskin dəyişmə müşahidə olunur. Əsasən də yaz aylarında dağlarda qarın əriməsi buna əsaslı təsir göstərir.

        
        Şəki çaylarında sululuğun səviyyəsi artıb. Buna səbəb havaların isinməsi və dağlarda qarın əriməsidir. Havanın növbəti günlərdə yağıntılı keçməsi də suyun səviyyəsinə təsir göstərə bilər. Bu isə sel təhlükəsinin ola biləcəyinə dair narahatlıqlar yaradır. Ancaq mütəxəssislər bu narahatlığa əsas olmadığını deyirlər. Hidrometeoroloqlar isə yaxın günlərdə havanın dəyişəcəyini və yağış yağacağını proqnozlaşdırırlar. Qeyri-sabit hava şəraiti 3 gün davam edəcək. Qeyd edək ki, Şəki Regional Hidrometerologiya Müəssisəsi çaylarda gursululuq dövri ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyir. Çaylarda suyun səviyyəsinə gündəlik nəzarət etmək məqsədilə müəssisədə növbətçilik sistemi tətbiq olunub.
Məndə: Kanal S