Xəbərlər‎ > ‎

Türkiyədə "Koroğlu" dərgisinin ilk sayı işıq üzü görmüşdür

8 Eki 2015 12:11 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 8 Eki 2015 12:14 güncellendi ]
        Türkiyəli yazıçı dostumuz Hasan Kallimcidən aldığımız xəbərə görə, Türkiyenin Eskişehirində "KOROĞLU" dərgisinin 1-ci sayı işıq üzü görmüşdür.

        Yeni mətbu orqanının ilk sayının 24-38-ci səhifələrində böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" hekayəsi dərc olunmuşdur.
        Dərgidə eyni zamanda Türkiyə, Kosovo, Qazax, İraq, Başqırd, Noqay, Krım və Uyğur Türkləri ədəbiyyatından şeirlər, hekayələrlə yanaşı Azərbaycan ədəbiyyatı nümunələri də yer almışdır.
Azərbaycan ədəbiyyatı nümunələrindən Mikayıl Müşfiqin ("Vazgeçmem" şeiri), Qənirə Paşayevanın ("Sen misin" şeiri), Aytən Təmasibin ("Kelebek Boynuzundaki Şehir" şeiri) şeirləri, Varis Yolçuyevin ("Mariya Selesta Gemisi Mürettebatının Helaki") hekayəsi və Prof. Dr. Ramiz Askerin "Azerbaycan Şiirinin 1991-2000 Yılları Arası Seyri" adlı məqaləsi dəgidə özünə yer almışdır.