Xəbərlər‎ > ‎

Bələdiyyə vergiləri internetlə ödəniləcək

9 Şub 2015 23:57 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 9 Şub 2015 23:57 güncellendi ]
Vergilər Nazirliyi ölkənin 8 bələdiyyəsində bələdiyyə vergisi ödəyicilərinin elektron uçotunun tətbiqi üzrə pilot layihələrin həyata keçirilməsini başa çatdırıb.


        Fins.az-ın xəbərinə görə, bu barədə nazirliyin vergi siyasəti və strateji tədqiqatlar üzrə idarəsinin rəhbəri Natiq Şirinov Bakıda keçirilən “Azərbaycan vergi sistemi: Reallıqlar və perspektivlər” adlı IV Vergi Forumunda çıxışında bildirib.
        Onun sözlərinə görə, nazirlik bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sistemini (BVIS) uğurla sınaqdan keçirib.
        “Bu sistem bələdiyyə vergilərinin ödənilməsi ilə bağlı bütün əməliyyatların avtomatlaşdırılmasına imkan verir. Bələdiyyə vergi ödəyicisi olan fiziki şəxs, bələdiyyələrə gəlmədən bu vergiləri ödəmək imkanı qazanacaq”, - Şirinov deyib.
        Azərbaycanın Vergi Məcəlləsinə əsasən, bələdiyyə vergilərinə bunlar aiddir: Fiziki şəxslərin əmlak vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi, yerli əhəmiyyətli tikinti materialları istehsalı üçün mədən vergisi, fiziki şəxslərin torpaq vergisi.

Mənbə: Fins.az