Xəbərlər‎ > ‎

“Ailə daxilində bədən dili”

10 Kas 2015 08:44 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 10 Kas 2015 08:45 güncellendi ]
24-27 oktyabr tarixləri arasında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Şəki şəhərində “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi ictimai birliyi tərəfindən “Ailə daxilində bədən dili” adlı layihə keçirilmişdir. Layihədə Azərbaycanın müxtəlif rayon və şəhərlərindən olan 25 nəfər gənc iştirak etmişdir. 



Murad İSAYEV,
“Gənc Novatorlar” gənclərin maarifləndirilməsi 
İB-nin rəhbəri  

        
Tədbiri giriş sözü ilə təşkilatın sədri Murad İsayev açaraq layihə iştirakçılarını salamladı. İştirakçıları layihəyə seçilmələri münasibətilə təbrik edən M. İsayev təşkilat və layihə haqqında iştirakçılara məlumat verdi. O bildirdi ki, 2012–ci ildən Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınan birlik gənclərin maarifləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirmişdir. Bu, layihələrdən biri də məhz Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Ailə daxilində bədən dili” layihəsidir. 2011 – ci ildən cənab prezident İlham Əliyevin sərəncamı ilə fəaliyyət göstərən fond gənclərin və gənclər təşkilatlarının ideyalarının həyata keçirilməsi istiqamətində layihələri maliyyələşdirir. Fondun dəstək göstərdiyi təşkilatlardan biri də məhz “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi ictimai Birliyidir. Fondun elan etdiyi qrant müsabiqələrinin bir çoxunun qalibi olan birlik fondun dəstəyi ilə gənclərin maarifləndirilməsi istiqamətində bir çoc layihələr həyata keçirmişdir. Layihənin keçirilməsində əsas məqsəd ailə fərdləri arasında münasibətlərdə bədən dilindən doğru istifadə haqqında gəncləri maarifləndirməkdir. Daha sonra təlimlərə start verildi. Layihəyə uyğun olaraq təşkil olunan təlimlərdə gənclərə ailə münasibətləri, bədən dili və ailə münasibətlərində bədən dilinin istifadəsi və s. bu kimi mövzular haqqında peşəkar təlimçi tərəfindən məlumatlar verildi. 
        
Layihənin bağlanış mərasimində iştirak edən Şəki şəhər Gənclər və İdman idarəsi rəisi Vüqar İskəndərov layihə haqqında öz fikirlərini iştirakçılarla bölüşdü. V.İskəndərov kiçik dövlət sayılan ailədə münasibətlərin qorunmasının vacib olduğunu qeyd edərək bildirdi ki, bugün cəmiyyətdə boşanma hallarının artmasının əsas səbəblərindən biri də ailə fərdlərinin bir-birini başa düşməmələridir. Belə layihələrin keçirilməsi ailə daxilində münaqişələrin azalmasına, həmçinin ailə fərdlərinin jest və mimika ilə bir-birlərini başa düşməsinə səbəb olacaqdır. V. İskəndərov həmçinin Gənclər və İdman idarəsinin Şəkidə gənclərin və gənc ailələrin maarifləndirilməsində rəhbərlik etdiyi idarənin də xüsusi rolunu vurğuladı. Belə ki, idarə mütamadi olaraq gənclərin iştirakı ilə bu kimi tədbirlər həyata keçirir.
        Layihənin sonunda layihədə iştirak edən gənclərə sertifikatlar verildi.