Xəbərlər‎ > ‎

Bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi üçün ayrılmış müddət bu gün başa çatdı

11 Oca 2015 08:47 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 11 Oca 2015 08:48 güncellendi ]
        Bu gün 23 dekabr 2014-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) ayrılmış vaxt başa çatır.

        Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən MSK bələdiyyə seçkilərinin yekunlarının yoxlanılması və təsdiqi prosesini səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində başa çatdırmalıdır.
        Son bələdiyyə seçkiləri ilə bağlı bu müddət bu gün – yanvarın 11-də başa çatır. MSK bələdiyyə seçkilərinin yekunlarını isə yanvarın 17-dək elan etməlidir. Seçki Məcəlləsinin 241-ci maddəsinə əsasən bu proses seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində başa çatdırılmalıdır.