Xəbərlər‎ > ‎

ADLI SİYAHI: 93 hərbçimiz şəhid olub, 34 nəfər yaralanıb

11 Nis 2016 07:08 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 11 Nis 2016 07:10 güncellendi ]
        Xəzər Hərbi Tədqiqatlar İnstitutunun sosial şəbəkələr üzərində apardığı araşdırmalara görə, aprelin 1-6-da cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 93 hərbi qulluqçusu həlak olub. 34 yaralının adı bəllidir.
        Həlak olanlardan 50 nəfəri əsgər, 10-u Müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 11-i gizir, 22 nəfəri isə zabitdir.


        Həlak olanlar:
        Polkovnik-leytenant Orucov Raqub Cahangir oğlu. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. 1972-ci il təvəllüdlü. Ağdam rayonunda anadan olub.
        Mayor Məmmədov Rasim Əbdül oğlu (40 yaş). Tankçı. Tabur komandiri. Cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə həyatını itirib. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğludur.
        Mayor Əliyev Elnur Adil oğlu. Hərbi hissənin nizami hissə rəisi mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. E.Əliyev Füzuli rayonunun Dədəli kəndində dəfn olunub. Ailəlidir, iki oğlu var.
        Mayor Musazadə Təbriz Tariyel oğlu (Mi-24 vertolyotunun ekipajı). 1981-ci il təvəllüdlü. Gürcüstanın Dmanisi rayonunun Yavuxlu kəndində anadan olub.
        Mayor Vəlizadə Urfan Uzeyir oğlu (Mi-24 vertolyotunun ekipajı), 1978-ci il təvəllüdlü. Türkiyənin Hava Harp Okulu Məzunu.
        Kapitan Quliyev İnqilab Çingiz oğlu. Aprelin 4-də cəbhədə erməni hücumunun qarşısını alarkən şəhid olub. 1983-cü il təvəllüdlü. Gəncədən hərbi xidmətə çağırılıb.
        Baş leytenant Həsənov Ziya Niyaz oğlu. 1989-cu il təvəllüdlü. Bərdə rayonu, Lək kəndindən. 5 aprel 2016-cı il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
        Baş leytenant Mehdiyev Rəşid Rövşən oğlu. 1990-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olub. Ailənin yeganə oğlu idi. Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən həlak olub.
        Baş leytenant İsmayılov Əbu Bəkir Vüqar oğlu, (Mi-24 vertolyotunun ekipajı), Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb.
        Baş leytenant Namazov Elvin Məmməd oğlu. 26 yaşlı. Qazax rayonu Yuxarı Salahlı kəndində doğulub. 10 ay öncə ailə həyatı qurub.
        Zabit Həmidov Orxan Ənvər oğlu. Füzuli rayonu Əhmədalılar kəndindən hərbi xidmətə çağırılıb.
        Gizir Səfərov Elmdar Səlimxan oğlu. 1992-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. Tərtər istiqamətində şəhid olub.
        Gizir Hümbətov Orxan Kazım oğlu, Şəki rayonu Kiş kəndindən. 1992-ci il təvəllüdlü.
Gizir Abdullayev Nurlan Rasim oğlu. 1994-cü il təvəllüdlü. Zərdab rayonunun Böyükdəkkə kəndində doğulub.
        MAHXQ Əsgərov Nurlan Bayram oğlu. Masallı rayonu Kalinovka kəndi. 21 yaş. Aprelin 4-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olub. N.Əsgərov 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq cəbhə bölgəsində Vətənə xidmətini davam etdirib.
        MAHXQ Qaibov Elvin Sədrəddin oğlu. 27 yaş. Füzuli ətrafında gedən döyüşlərdə şəhid olub. Xaçmaz rayonunun Əbilyataq kəndində anadan olub.
        MAHXQ Hüseynov Əlvan. Füzuli rayonundan hərbi xidmətə çağırılıb. Aprelin 3-də cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.
        MAHXQ Qəhrəmanov Ruhim Əşrəf oğlu. Cəbrayıl rayonundan hərbi xidmətə çağırılıb. 01 noyabr 2014-cü il tarixdən müddətdən artıq hərbi xidmətdə olan çavuş, 22 yaşlı. Aprelin 2-də erməni silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olub.
        MAHXQ İsgəndərov Nicat Bəhruz oğlu, 27 yaşlı (1989-cu il təvəllüdlü) İsgəndərov Tərtər rayonundan hərbi xidmətə çağırılıb. Evin tək oğlu olub.
        MAHXQ Qarayev Dilsuz. Ağcabədi rayonu, Hindarx kənd sakini, kəşfiyyatçı. Tərtərdə gedən döyüşlər zamanı şəhid olub.
        Əsgər Nurayev Rəvan İsmayıl oğlu. 1997-ci il təvəllüdlü Rəvan Nurayev ailənin tək oğlu idi. 2015-ci ilin aprel ayında Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
        Əsgər Kaçayev Samir İzayəddin oğlu, 2015-ci ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə çağırılıb. 1994-cü il təvəllüdlü.
        Əsgər Mehrəliyev Sarvan Natiq oğlu. Əslən Xocalıdan olan, 1997-ci il təvəllüdlü S.Mehralıyev Ağdam rayonunun Ballar kəndində torpağa tapşırılıb.
        Əsgər Əliyev Orxan Məhəmməd oğlu, 1996-cı il təvəllüdlü. Qazax rayonundan (Aslanbəyli kəndi) hərbi xidmətə çağırılıb.
        Əsgər Novruzov Ravil Elman oğlu. Tərtər istiqamətində şəhid olub. 1986-cı ildə Xızı rayonu, Giləzi qəsəbəsində anadan olub.
        Əsgər Muradov Rizvan Telman oğlu. Sabirabad rayonu, Çiçəkli kəndində anadan olub. 1996-cı il təvəllüdlü. 2015-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılıb.
        Əsgər Süleymanov Vüqar Natiq oğlu. Şəkinin Böyük Dəhnə kəndindən. 1993-cü il təvəllüdlü
        Əsgər Quliyev Səyyar Knyaz oğlu. Füzuli rayonu 4-cü Zobcuq qəsəbə sakini. Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid olub.
        Əsgər Məmmədov Murad Vaqif oğlu. Əslən Biləsuvar rayonundan olan M.Məmmədov 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.
        Əsgər Cəbrayılov Ömər Məzahir oğlu. 1997-ci il təvəllüdlü. Ağdaş rayonundan (Şəkili) hərbi xidmətə çağırılıb. Cəbrayılov bu il yanvarın 4-də Ağdaş rayonundan hərbi xidmətə yola salınıb.
        Əsgər Qasımov Nurlan Cəmil oğlu. 1997-ci il təvəllüdlü. Şəmkir rayonunun Tatar kəndində doğulub. N.Qasımov 2015-ci ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmışdı.
        Əsgər Novruzov Fərahim Nadir oğlu (20 yaş). Biləsuvar rayonu, Səmədabad kəndindən. Aprelin 3-də gecə Füzulidə gedən döyüşlərdə şəhid olub.
        Əsgər Bağırov Sərxan Azər oğlu. Aprelin 2-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Göygöl rayonu, Almədədli kəndində dəfn olunub. 1997-ci il təvəllüdlü. Ailənin yeganə övladı olub.
        Əsgər Mirzəyev Nürəddin Etimad oğlu. Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə şəhid olub. 1996-cı il təvəllüdlü. Yardımlı rayonunun Honuba kəndində dəfn edilib.
        Əsgər Bayramov Sərxan Oqtay oğlu. Zaqatala rayonu, Qala Düzü sakini. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
        Əsgər Orucov Müşfiq Arif oğlu. Zəngilan rayon sakini. Naftalandan hərbi xidmətə çağırılmış M.Orucov aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
        Əsgər Dəmirli Hüseyn Zeynal oğlu. Biləsuvar rayonundan hərbi xidmətə çağırılıb. Tankçı.
        Əsgər Qasımov Teymur Mikayıl oğlu, 1996-cı il təvəllüdlü. Göyçay rayon, Çaxırlı kənd sakini. Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. T.Qasımov 2014-cü ilin oktyabrında Göyçay rayonundan hərbi xidmətə yola salınıb. Teymur Qasımov bu günlərdə Vətən qarşısında borcunu yerinə yetirərək yaşadığı rayona qayıdacaqmış.
        Əsgər Müstəcəbov Orxan Ələsgər oğlu. Qobustan rayonu, Bədəlli kənd sakini.
        Əsgər Hacıağayev Cabbarxan İlham oğlu. Aprelin 4-də Lələtəpə yüksəlikliyində şəhid olub.
        Əsgər Bağırov Emin İmran oğlu. 1996-cı il təvəllüdlü. Bakı şəhəri, Binəqədi rayonundan.
        Əsgər İslamov Əlizaman Fərrux oğlu. 1997-ci il təvəllüdlü. Lənkəran rayonunun Cilkənd kəndindən.
        Leytenant Şirinov Sahil Həsrət oğlu. Qəbələ rayonu Bum kəndindən. 1992-ci il təvəllüdlü. S.Şirinov nişanlı olub, toy mərasiminə hazırlaşırmış.
        Əsgər Əsgərov Təbriz Hamlet oğlu. Şəmkir rayonu Morul kəndindən. Gədəbəy istiqamətində döyüşlərdə şəhid olub.
        Əsgər Babayev Emin.
        Əsgər Əzizzadə Xaliq Həsən oğlu. 1996-ci il təvəllüdlü. Şərur rayonu, Yaycı kəndindən. 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. Şəhidin nəşinin erməni tərəfdə olduğu bildirilir. Şəhid olmamışdan 3 gün öncə övladı dünyaya gəlib.
        Baş leytenant Novruzov Mirzə Sərvər oğlu. Goranboy rayonu Tapqaraqoyunlu kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Zabitimiz ailəli idi və iki övladı var.
        Polkovnik Yusifov Vüqar Nürəddin oğlu. Şəmkir rayonunun Şiştəpə kəndindən. 40 yaşlı. V.Yusifov 3 uşaq atası olub.
        Əsgər Şirəliyev Kamran Faiq oğlu. Bakı şəhəri, Mərdəkan qəsəbəsindən. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
        Leytenant Orucəliyev Qabil. Naxçıvan şəhərinin Xıncov məhəlləsində anadan olub. Tərtər istiqamətindəki döyüşlərdə ağır yaralanaraq həyatını itirib. Ölümündən əvvəl oğlu olub. Amma        Orucəliyev oğlunun nə səsini eşidib, nədə üzünü görüb. Orucəliyev həyatda tək övlad olmaqla yanaşı, həmdə atasız böyüyüb.
        Əsgər Məmmədov Ülvin Cəmaləddin oğlu. 1996-cı il təvəllüdlü. Laçın rayonu Qarakeçdi kəndindən. 2016-cı il aprel ayının 1-i həqiqi hərbi xidmətini başa vurmasına baxmayaraq döyüşə qatılıb. Ağcabədi rayonunda torpağa tapşırılıb.
        Əsgər Bayramov Şulan Bayram oğlu, 1996-cı il təvəllüdlü. 1996-cı il təvəllüdlü. Sumqayıt şəhərindən. Ş.Bayramov 2013-cü ildə orta məktəbi bitirib.
        Gizir Ağayev Rusif İbrahim oğlu. 1987-ci il təvəllüdlü. Lənkəran rayonunun Hirkan qəsəbəsindən. Aprelin 7-də gecə Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. 2005-ci ildə Lənkəran Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könullü olaraq xidmətini davam etdirib. Şəhid gizirin iki övladı var.
        Kapitan Bayramov Vaqif Dilqəm oğlu. 1979-cu il təvəllüdlü. Naftalan şəhərindən. Talış ətrafı atışmada aprelin 7-də gecə şəhid olduğu bildirilir (digər bir mənbəyə görə, itkin düşüb. Bu istiqamətdə məlumat araşdırılır).
        Gizir Musayev Səbuhi Rəfail oğlu. 1987-ci il təvəllüdlü. Bərdə rayonu, Mustafaağalı kəndindən.
        Əsgər Baxışov Seymur Qulam oğlu. Sumqayıt şəhərindən.
        Əsgər Əliyev İnqilab cəbhədə gedən döyüşlərdə şəhid olub.
        Əsgər Hüseynov Araz Ələkbər oğlu. 1991-ci il təvəllüdlü. Beyləqan rayonu II Şahsevən kəndindən. Aprelin 4-də Füzuli istiqamətində döyüşdə şəhid olub.
        Əsgər Qurbanov Tural Gülşad oğlu. Kürdəmir rayonundan. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
        MAHXQ Hüseynov Ayaz Ələkbər oğlu. 1991-ci il təvəllüdlü. Beyləqan rayonu, İkinci Şahsevən kəndindən. Füzuli istiqamətində döyüşdə şəhid olub.
        Gizir Cəfərov Mirsalam Təvəkgül oğlu. 1994 təvəllüdlü. Tovuz rayon, Bayramlı kəndindən. Goranboy istiqamətində gedən döyüşlərdə şəhid olub.
        Əsgər Quliyev Mahir Qədir oğlu. 1993-cü il təvəllüdlü. Əslən Naxçıvandan. Azərbaycan Texniki Universitetinin məzunu olub. Seysulan kəndində aparılan əməliyyatlar zamanı şəhid olub.
        Əsgər Nağıyev Cavid. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
        Əsgər Alıyev Vüsal İlham oğlu. Şəmkir rayonunun Kür qəsəbəsindən. 2014-cü ildə əkiz qardaşı Vüqarla birlikdə həqiqi hərbi xidmətə çağrılıb. Hər iki qardaş bir yerdə hərbi qulluq keçib. Onların həqiqi hərbi xidmətlərinin başa çatmasına bir neçə gün qalırmış.
        Baş leytenant Dədəkişiyev Cavid Gülbala oğlu. 1989-cu il təvəllüdlü. İmişli rayon Qaralar kəndindən. Cənazəsinin əldə olunması hələ də mümkün olmayıb.
        Mayor İmanov Samit Gülağa oğlu. 1981-ci il təvəllüdlü. Neftçala rayonunun Həsənabad qəsəbəsindən. Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmişdi. Şəhid zabitin iki övladı var. Məlumata görə, Samit İmanov yenicə dünyaya gələn ikinci övladını görməyib.
        Əsgər Zəkərayev Nazim Nadir oğlu. 1997-ci il təvəllüdlü. Şamaxı şəhərindən. 2015-ci ilin oktyabrında Şamaxı rayonundan hərbi xidmətə yola salınıb.
        Əsgər Səmədov Elşən Səlim oğlu. 1997-ci il təvəllüdlü. Şamaxı rayonu Goylər kəndi. 2015-ci ildə Şamaxı rayonundan hərbi xidmətə yola salınıb.
        Əsgər Axundov Əbdülməcid Nadirşah oğlu. 1993-cü il təvəllüdlü. Sumqayıt şəhərindən. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan şöbəsinin həkimləri qarşılıqlı razılaşma yolu ilə şəhidimizin cənazəsini qarşı tərəflə dəyişiblər.
        Əsgər Vahabov Mikayıl Yaqub oğlu. 1993-cü il təvəllüdlü. İsmayıllı rayonu Maçaxı kəndindən.
        Əsgər Niftalıyev Rəşad Şakir oğlu. Əslən zəngilanlı olan Bakı sakini. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
        Osmanov Yalçın Namiq oğlu. 1997-ci il təvəllüdlü. Qusar rayonu Qazmalar kəndindən. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
        MAHXQ Adilzadə Adil Kamran oğlu. 1993-cü il təvəllüdlü. Mingəçevir şəhərindən. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
        Əsgər Mirzəyev Elvin Azadxan oğlu. 1994-cü il təvəllüdlü. Xaçmaz rayonundan. Xaçmaz rayonundan. 22 yaşlı.
        Zabit Bəhruz Zeynalov. Ordumuzun Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
        Əsgər Bağırzadə Firdovsi Eliş oğlu. 1996-ci təvəllüdlü. Masallı rayon Güllütəpə kəndindən.
        Əsgər Xeyirbəyov Əmiraslan Xəlil oğlu. Qusar rayon Cağar-qışlaq kəndindən.
        Əsgər Mirzəyev Mahir Sabir oğlu. 1994-cü il təvəllüdlü. Bakı şəhəri, Pirşağı qəsəbəsindən. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
        Əsgər İbrahimov Mahmud Azər oğlu. 1997-cü il təvəllüdlü. Əslən Cəbrayıl rayonundan. 2015-ci ildə Cəbrayıl rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb.Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
        Əsgər Dəmirli Altun Fərman oğlu. 1997-ci il təvəllüdlü. Şəmkir rayon Düyərli kəndindən. 2015-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb.
        Əsgər Qurbanlı Fəxrəddin Seyfəddin oğlu. 1994-cü il təvəllüdlü. Bakı şəhərinin Binəqədi qəsəbəsindən. 2015-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakültəsindən məzun olub.
        Əsgər Dadaşov Tural Sabir oğlu. 1993-cü il təvəllüdlü. Xaçmaz rayonundan. Tərtərdə gedən döyüşlərdə şəhid olub.
        Gizir Hüseynov Bəxtiyar Rəfael oğlu. 1995-ci il təvəllüdlü. Goranboy rayonunun Qızılhacılı kəndindən. Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
        Əsgər Nəsirov Röyal İmran oğlu. 1997-ci il təvəllüdlü. Cəlilabad rayon Məlikqasımlı kənd sakini. Tərtər rayonunun Qapanlı kəndi ətrafında gedən döyüşlərdə şəhid olub.
        Kiçik gizir Abidov Babək Vəfadar oğlu. 24 yaşlı. Şabran rayonunun Zeyvə kəndindən. Hərbi xidmətə 2010-cu ilin iyul ayından çağırılıb.
        Kapitan Orucov Mühid Qurban oğlu. 32 yaşlı. Qazax rayonunun Fərəhli kəndindən. 5 yaşlı 2 əkiz övlad atası olub.
        Gizir Cavadzadə Şahin Yaşar oğlu. 1994 təvəllüdlü. Beylaqan rayon, Şestoy kəndindən.
        MAHXQ Fərəczadə Toğrul Habil oğlu. 1993-cü il təvəllüdlü. Ağsu rayonunun Bico kəndindən. 2012-ci ilin oktyabrında hərbi xidmətə yola salınıb və sonradan MAHXQ kimi fəaliyyətini davam etdirib.
        MAHXQ Qasımov Teymur Sabir oğlu. 1992-ci il təvəllüdlü. Mingəçevir şəhərindən. 2012-ci ildə hərbi xidmətə yola salınıb və sonradan MAHXQ kimi fəaliyyətini davam etdirib.
        Polkovnik-leytenant Mirzəyev Murad Telman oğlu. Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi. 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib. Şəhid polkovnik-leytenant Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunacaq.
        Əsgər Sərxan Salmanov, Naftalan şəhərindən.
        Gizir Teymurov Pəncəli Nurməmməd oğlu. Astara rayonu Ezarud kəndindən. Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub.
        Baş leytenant İsgəndərov Elnur İsgəndər oğlu. 1989-cu il təvəllüdlü. Şəki rayonundan.

        Qeyd: Siyahı ilə bağlı irad və ya əlavəniz varsa aşağıdakı ünvanlara yaza bilərsiniz:
        Email: caspiandefense@gmail.com
        WhatsApp əlaqə nömrəsi: +491738570564

*  *  *
        Yaralananlar:

        Əsgər Orxan Cavadov, Tərtərdə erməni tərəfinin gülləsi nəticəsində yaralanıb.
        Baş leytenant Azər Məmmədov, Tərtərdə erməni tərəfinin gülləsi nəticəsində yaralanıb.
        Əsgər Qəhrəman Qəhrəmanov çox saylı qəlpə yaraları alıb.
        Əsgər Allahverdiyev Pərvin Vahid oğlu. Erməni gülləsinə tuş gələn əsgər hal-hazırda hərbi hospitaldadır. Vəziyyəti ağırdır.
        Üzeyir adlı əsgər. Tərtər istiqamətində gedən döyüşlərdə yaralanıb.
        Əsgər Həsənov Aydın Natiq oğlu. Salyan rayonu Kürqaraqaşlı kəndindən. Qolundan yaralanıb və hazırda hərbi hospitalda müalicə alır.
        Əsgər Quliyev Mansur. Seysulan kəndi uğrunda döyüşlərdə güllə yarası alıb. Masallı rayonundan hərbi xidmətə çağırılıb. Memarlıq ve İnşaat universitetinin məzunudur.
        MAHXQ Qardaşxan Adıgözəlov. Goranboydan hərbi xidmətə çağırılıb.
        Əsgər Məmmədov Elçin Ataxan oğlu. 19 yaşlı. Tərtər istiqamətində düşmənlə döyüş zamanı sağ qolundan qəlpə yarası alıb.
        Əsgər Emin Əliyev. Kəşfiyyat zamanı minaya düşərək eşitmə və danışma qabiliyyətini itirib. Hazırda Gəncə Hərbi Hospitalındadır..
        Baş leytenant Mehdizadə Səbuhi. Lələtəpə uğrunda döyüşlərdə yaralanıb. Hazırda Bakıda hospitaldadır.
        Əsgər Quliyev Vaqif. Ayağından yaralanıb. Hazırda Bakı şəhər Mərkəzi Hərbi Qospitalında müalicə alır.
        Kapitan Məmmədov Hikmət Aydın oğlu. Düşmənlə təmas xəttində gedən döyüşdə mina partlayışı nəticəsində baş, bədən və ayaq nahiyəsindən qəlpə yarası alıb. Ağır vəziyətdə MN hospitalına yerləşdirilib.
        MAHXQ Həsənov Təyyar Ələmdar oğlu. Hər iki ayağından güllə yarası alıb.        
        Əsgər Məmmədov Kamus Ramiz oğlu. Astara rayonunTəngərüd kənd sakini. Tərtər rayonu uğrunda döyüşlərdə başından yaralanmışdır.
        Zabit (adı dəqiqləşdirilir). Aprelin 2-si Tərtərdə baş verən atışmada ayağından və çiynindən güllə yarası alıb. Çiynindən aldığı güllə bədənin daxilində yeriyərək bir çox orqanlarını sıradan çıxarıb. Hal hazırda Bakı Hərbi Hospitalının reanimasiyasındadır.
        Əsgər Qasımov Fərid. Xüsusi əməliyyatda iştirak edərək ağır yaralanıb. Lerik rayonundan.
        MAXHQ Əliyev Afiyəddin Nazim oğlu. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə yaralanıb.
        Əsgər Tehran (soyadı dəqiqləşdirlir). Bakı şəhəri Əmircan qəsəbəsi.
        Kapitan Savalanov Nəcməddin Akif oğlu. Ayağından və çiynindən ağır güllə yarası alıb. Hal-hazırda Bakı hərbi hospitalındadır.
        Əsgər İlham Məmmədov, xüsusi təyinatlı.
        Əsgər Həmzətov Asiman Müqəddəs oğlu. Zaqatala rayonu, Muxax kəndindən. Tərtər istiqamətində gedən döyüşlərdə qolundan yaralanıb.
        Əsgər Allahyar (soyadı dəqiqləşdirilir). Naxçıvandan. Tərtərdə gedən döyüşlərdə yaralanıb.
        Gizir Abdullayev Məhərrəm İlham oğlu. Ağstafa rayonundan. Füzuli rayonu uğrunda döyüşdə tankları minaya düşüb. Danışma və eşitməsini itirib. Hazırda hərbi hospitaldadı.
        Polkovnik Vəlişov Qadir Saday oğlu. Talış kəndi uğrunda döyüşlərdə snayperden açılan 2 atəş zamanı yaralanıb və ayağının altına minamyot düşüb. Hal hazırda hospitaldadır və müalicə alır.
        MAHXQ Cavadov Razi Vidadi oğlu. Goranboy rayon Balakürd kəndindən. Aprelin 6-da Talış kəndi ətrafındakı yüksəklikdə döyüş zamanı düşmən snayperinin açdığı atəş nəticəsində başından ağır yaralanıb. Hazırda vəziyyəti ağırdır, komadadır.
        Kapitan Rəsulov Asif. Aprelin 5-də yaralı halda Gəncə şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağırdır.
        Əsgər Qarayev Rizvan. cəbhə bölgəsində gedən döyüşlərdə minaya düşərək sol ayağını itirib.
        Əsgər Paşazadə Vüsal Ədalət oğlu. Döyüşlərdə yaralanıb. Xəstəxanadadır.
        Zabit Quliyev Elnur. Salyandan. Minalanmış sahədən keçərək qolundan güllə yarası alıb.
        Əsgər Hacıyev Üzeyir Hacı oğlu. Fizuli rayonunun Kərimbəyli kəndindən. LələTəpə uğrunda gedən döyüşlərdə yaralanıb. Hal hazırda Bakıda Hospitalda müalicə olunur.
        Əsgər Hüseynov Bəhruz, Salyan rayon Noxudlu kəndindən, ayaqlarından yaralanıb.
        Baş leytenant Əşrəfov Röyal Ağabba oğlu. Talış kənd istiqamətində döyüşlərdə yaralanıb. Hazırda hospitaldadır.
        Baş Leytenant Bayramov Nihad. Güllə yarası alıb.