Xəbərlər‎ > ‎

Şəkidə tanınmış dövlət xadimi Soltan Əzizovun 95 illiyi qeyd edilib

11 Haz 2015 04:05 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 11 Haz 2015 04:07 güncellendi ]
        Tanınmış dövlət xadimi, Böyük Vətən müharibəsi iştirakçısı Soltan Əzizovun anadan olmasının 95 illiyi doğulduğu Şəki şəhərində təntənə ilə qeyd olunub.


        İyunun 9-da Şəki musiqi kollecinin akt zaklında keçirilən yubiley tədbirində şəhər rəhbərliyi, ziyalılar, ictimaiyyətin nümayəndələri, həmçinin yubilyarın yaxınları iştirak ediblər.  

        Tədbirdə Soltan Əzizovun şərəfli ömür yolundan bəhs olunub. Bildirilib ki, Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra o əmək fəaliyyətinə başlayıb. Əvvəlcə Şəki rayon partiya komitəsində şöbə müdiri, birinci katib, sonralar Ağdam və Sabirabad rayon partiya komitələrinin birinci katibi, Azərbaycan KP MK-nın məsul təşkilatçısı, birinci katibin köməkçisi vəzifələrində çalışmış, MK-nın inzibati orqanlar, plan-maliyyə və ticarət şöbələrinə rəhbərlik etmişdir. O, Meyvə, Tərəvəz, Çay
Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonralar sovxozlar naziri, tədarük naziri vəzifələrində işləmişdir. Qeyd olunub ki, S.Əzizovun xidmətləri yüksək qiymətləndirilmişdir. O, Lenin ordeni, üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf Nişanı” ordeni, bir çox medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuş, dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü seçilmişdir. Şəki şəhərində küçələrdən birinə S.Əzizovun adı verilmişdir.
        Tədbirdə S.Əzizovun yaxınları çıxış edərək yubileyin keçirilməsinə göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildiriblər.
        Yubiley tədbiri bədii proqramla başa çatıb.
Mənbə: sheki-ih.gov.az