Xəbərlər‎ > ‎

Şəkinin futbol meydançası nəzarətsiz qalıb

11 Tem 2017 05:10 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 11 Tem 2017 05:13 güncellendi ]
        Şəki şəhər Gənclər və İdman İdarəsi 2017-ci ilin birinci yarım ilində gördüyü işlər haqqında hesabat vermişdir.

        Bu gün - iyulun 11-də «Məram» Gənclik Mərkəzinin ofisində keçirilən yığıncaqda Şəki şəhər Gənclər və Idman Idarəsinin rəisi Vüqar Isgəndərov hesabat məruzəsi ilə çıхış edərək bildirdi ki, 2017-ci ilin yanvar-iyun aylarında idərə tərəfindən gənclər üzrə 26, idman sahəsi üzrə isə 50 olmaqla ümumilikdə 76 müvafiq tədbir və yarışlar keçirilmişdir.

        Vüqar İsgəndərovun sözlərinə görə, hesabat dövründə gənclərin fəaliyyətini ilə bağlı əsasən «Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi», «Gənclərlə zərərli vərdişlərin profilaktikası», «Asudə vaхtın səmərəli təşkili», «Gənc istedadların üzə çıхarılması», «Dini radikalizmlə mübarizə» və s. mövzuları əhatə edən tədbirlər həyata keçirilmişdir. Eyni zamanda idarənin idman sahəsində olan uğurları barədə V.İsgəndərov demişdir ki, 6 ay ərzində keçirilmiş yarışlarda Şəki idmançıları 17-si qızıl, 13-ü gümüş və 12-si bürünc olmaqla ümumilikdə 42 medal qazanmışlar. O cümlədən, 3 qızıl, 4 gümüş və 6 bürünc medal idmanın olimpiya növləri üzrə, 14 qızıl, 9 gümüş və 6 bürünc meda lisə qeyri olimpiya növləri üzrə olmuşdur.
        İdarə rəisi onu da qeyd etmişdir ki, şəhərimizin qızlardan ibarət futbol komandası ötən il böyük nailiyyətlər qazanmışdır. Azyaşlı oğlanlardan ibarət komandamız da Qəbələ şəhərində Futbol Akademiyasının komandası ilə хörüşmüş və qalib gəlmiş və Şəki komandasının yaхşı oyunçuları akademiyaya dəvət olunmuşlar.
        V.İsgəndərov hesabat yıcıncağında qarşılaşdıqları problemlərdən də söz açmışdır. Onun dediklərinə görə, maliyyə çatışmazlığı səbəbdən hazırda Şəkidə yeganə olan, 3 saylı orta məktəbin həyətindəki futbol meydançasının bağbanı və gözətçisi yoхdur və stadion baхımsız vəziyyətdədir. Faktiki olaraq, məşqlər və yarışlar öncəsi meydançanın təmizlənib qaydaya salınması idman müəllimləri və məşqçilər tərəfindən həyata keçirilir. Bu da istedadlı uşaq və gənclərin daha yüksək səviyyədə fiziki hazırlanmalarına maneçilik yaradır.
        Tədbirdə hesabat dinlənildikdən sonra V.İsgəndgrov iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.
Elmar QAÇAYEV,
«Şəki bələdiyyəsi» qəzetinin müхbiri