Xəbərlər‎ > ‎

Həmyerlimiz Avropa çempionu oldu

14 Tem 2015 04:33 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 14 Tem 2015 06:08 güncellendi ]
        2015-ci il iyulun 3-dən 9-dək Ukrayna Resbublikasının Odessa şəhərində keçirilən Universal döyüş növü üzrə Avropa çempionatında Şəkili idmançı Raqif Mənəfzadə Avropa çempionu adına layiq görülmüşdür.

        Çempionatda Şəkini Unversal döyüş növü üzrə, 3-dan qara kəmər ustası Habil Dadaşovun yetirməsi, Şəkinin Baltalı kəndində doğulmuş Raqif Mənəfzadə iştirak etmişdir.
        Habil Dadaşovdan aldığımız məlumata görə, Resbublikamızın yığma komanasında ölkəmizin şərəfini qoruyan Raqif Mənəfzadə bütün görüşləri qələbə ilə başa vurarq bayrağımızı ucaltmış və birinci yer qazanaraq qızılı medala layiq görülmüşdür.Görüşlərdə digər ölkələrin idmançıları ilə yanaşı erməni idmançısını da məğlub etmişdir. Bu yarışda Azərbaycan millisi 5 qızıl medal qazanaraq kamandalar arasında ıı-ci yeriə çıxmışdır.Azərbaycan millisini bu yarışlara millinin baş məşqiçisi Elşən İsmayılov hazırlamışdır.
        2012-ci ildən məşqə başlayan Raqif qısa müddətdə yüksək nailiyyətlər əldə etmiş, dəfələrlə ölkə çempionu və digər yarışların qalibi olmuşdur.