Xəbərlər‎ > ‎

Professor Qüdrət Əbdülsəlimzadə Haqq dünyasına qovuşdu

14 Eki 2016 03:50 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 14 Eki 2016 05:41 güncellendi ]
        Dünən - oktyabrın 13-də 
Bakı Biznes Universitetində dərs deyən tanınmış iqtisadçı alim, professor, 
həmyerlimiz Qüdrət Əbdülsəlimzadə dərs zamanı auditoriyada vəfat edib.

        Qeyd edək ki, Q.Əbdülsəlimzadə 1990-cı ildə 20 Yanvar şəhidlərinin dəfn komissiyasının sədri olub. O, vaxtilə uzun müddən Azərbaycan Respublikası Elmlər Akademiyası İnqtisadiyyat İnstitutunda və Bakı Metropolitenində rəhbər vəzifələrdə, Azərbaycan Respublikası Əmlak Komitəsinin sədri vəzifəsində işləyib və daha sonra pedoqoji fəaliyyətə keçib.

        Bü gün Bakıda yaşayan tanışlardan aldığımız məlumata görə, dünən Qüdrət müəllim paytaxtda dəfn olunub. Sabah Təzə Pir məscidində professorun Üç məclisi olacaqdır.

* * *

        Şəki Bələdiyyəsinin kollektivi bütün şəkililər adından hörmətli professorun vəfatı münasibəti ilə qohumlarına, yaxınlarına və dostlarına dərin hüznlə baş sağlığı verir, onlara Allah Taaladan səbr diləyir. 
        Allah rəhmət eləsin.
        Qüdrət müəllimin əziz xatirəsi onu tanıyanların yaddaşında daim yaşayacaqdır.