Xəbərlər‎ > ‎

Qızlarımız sabah Hindistanda amerikalı idmançılarla görüşəcəklər

14 Ara 2014 10:58 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 14 Ara 2014 10:59 güncellendi ]
        Sabah Hindistanın Pəncab ştatının Nabha şəhərində Hindistan vaxtı ilə 12:15 (Bakı vaxti ilə 10:45) radələrində Kabaddi komanda güləş növü üzrə Dünya kuboku yarışlarında
Azərbaycanın qızlardan ibarət  milli komandası ABŞ milısi ilə qarşılaşacaqdır. 

        Oyunu canlı olaraq bu linkdən http://www.ptcnews.in/ izləmək olar.

        Məlumat üçün dey
ək ki, sözügedən yarışlarda Dünya kuboku uğrunda 8 milli qadın komandası (ABŞ, Hindistan , İngiltərə, Danimarka, Pakistan, Yeni Zellandiya, Meksika, Azərbaycan) və 11 milli kişi komandası (ABŞ, İran, Pakistan, Danimarka, Avstraliya, İngiltərə, İspaniya, Kanada, Argentina, İsveç, Hindistan) olmaqla 19 komanda mübarizə aparır. Azərbaycan komandası dekabrın 10-da, ilk dəfə Xanna şəhərində meydana çıxmış və Danimarka komandası ilə mübarizə aparmışdr. Millimiz kifayət qədər əzmkarlıq nümayiş etdirsə də, sonda daha təcrübəli danimarkalılar 40-17 hesabı ilə qalib gəlmışlər. Həmin oyunun video yazısını bu linkdə seyr etmək olar: https://www.youtube.com/watch?v=YDf4JSV59WQ) . 

        Şəkildə: Milli komandamız Danimarka ilə görüşdən əvvəl.