Xəbərlər‎ > ‎

Şəkidə əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının zona turniri keçirilmişdir

15 Eki 2014 01:09 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 15 Eki 2014 01:12 güncellendi ]
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2014-cü il üçün əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” çərçivəsində 14 oktyabr 2014-cü il tarixdə Şəki şəhərindəki Olimpiya idman kompleksində əlillərin stolüstü idman oyunları üzrə IV Ümumrespublika yarışlarının zona turniri keçirilmişdir.


    Turnirdə Şəki şəhərini və Zaqatala, Balakən, Qax. Oğuz, Qəbələ rayonlarını təmsil edən 60-a yaxın əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar idmanın şahmat, dama, nərd və armrestlinq növü üzrə qüvvələrini sınamışlar. Yarışın sonunda zona turnirinin qaliblərinə fəxri fərmanlar təqdim olunmuşdur.
    Qeyd edək ki, respublikanın 10 zonasında təşkil olunacaq bu yarışlarda bütün bölgələrdən ümumilikdə min nəfərdən çox əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq iştirak edəcəkdir. Zona turnirlərində qalib gələnlər cari ilin noyabr ayında Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanır.
Mənbə: sheki-ih.gov.az