Xəbərlər‎ > ‎

Şəki Regional Debat Mərkəzinin 2 yaşı tamam oldu (26 foto)

15 Kas 2014 03:06 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 20 Kas 2014 01:47 güncellendi ]
Bu gün - dekabrın 15-də Şəki Olimpiya Kompleksinin iclas zalında Şəki Regional Debat Mərkəzinin (ŞRDM) 2 illik fəaliyyəti ilə bağlı hesabat yığıncağı keşirildi.


        Tədbir təşkilatın fəaliyyətini əks video-çarxın nümayişi ilə başladı. Sonra ŞRDM-in rəhbəri Dəyanət Elmansoy hesabat məruzəsi ilə çıxış etdi.
        Hesabat məruzəsindən sonra Şəki Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov, Şəki Şəhər Təhsil Şöbəsinin
müdir müavini Elxan müəllim və başqaları çıxış edərək mərkəzin fəaliyyətini müsbət qiymətləndirməklə yanaşı, təşkilatın kollektivini 2 yaşı tamam olması münasibəti ilə təbrik etdilər.

        Tədbirdə iştirak edən DVC–nin regionlarla iş üzrə meneceri Canoğlan İlyasov təşkilatın 2014 – cü il üzrə fəaliyyəti haqqında məlumat verib və təşkilatın fəaliyyətində Şəki Regional Debat Mərkəzinin xüsusi yeri olduğunu vurğulayıb. Şəki Regional Debat Mərkəzinin uğurlu fəaliyyətinə dəstək olan dövlət rəsmiləri, mətbuat orqanları və təşkilatın fəaliyyətində yaxından iştirak edən gənclər DVC tərəfindən Fəxri Fərmanla təltif olunub.
        Sonda ŞRDM tərəfindən müxtəlif nominasiyalar üzrə mükafatlandırma keçirildi. Gənclərə ən çox dəstək olan KİV nominasiyası üzrə "Şəki Bələdiyyəsi" qəzeti Fəxri Fərmanla mükafatlandırıldı.
        Xatırladaq ki, Şəki Regional Debat Mərkəzi 2012 – ci il tarixində Şəki Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə DVC tərəfindən yaradılmışdır. Debat Mərəkzinin məqsədi Şəki – Zaqatala iqtisadi rayonunda yerləşən təhsil müəssisələrindən olan gənclərin fəallığının artırılması, onların təşəbbüslərinin dəstəklənməsidir. Sözü gedən Debat Mərkəzinin tərkibində Gənc Sahibkarlar Klubu, Şəki Kreativ Gənclər Klubu və Gənc Təbiblər Klubu da fəaliyyət göstərir və gənclərin müxtəlif proqram, həmçinin layihələrdə iştirakını təmin edir.
        Onu da qeyd edək ki, Şəki Regional Debat Mərkəzi öz uğurlu fəaliyyətinə görə Şəki şəhər Gənclər və İdman İdarəsi tərəfindən Şəki şəhəri üzrə ilin ən yaxşı təşkilatı adına layiq görülüb.