Xəbərlər‎ > ‎

Şəkidə bələdiyyə üzvləri maarifləndirilib

15 Ara 2015 08:14 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 15 Ara 2015 08:15 güncellendi ]
        Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Şəki regional ədliyyə şöbəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birlikdə Zaqatala rayonunda Balakən, Zaqatala və Qax rayonlarının və Şəki şəhərində Şəki, Oğuz və Qəbələ rayonlarının bələdiyyə sədrləri və qulluqçuları üçün seminar-müşavirə keçirilib.

        İşgüzar şəraitdə keçən seminarda “Bələdiyyə büdcəsinin tərtibi və formalaşdırılması”,
“Bələdiyyələrin hüquq və vəzifələri”, “Bələdiyyə torpaqlarının təyinatı üzrə istifadəsinə nəzarət və mühafizəsinin təşkili” və sair mövzularda tədbir iştirakçılarına məruzələr edilmiş, bələdiyyə nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.
        Həmçinin tədbirlərdə “Bələdiyyə büdcəsinin planlaşdırılması, şəffaflıq və hesabatlılıq”, “Bələdiyyələrin statusu, hüquq və vəzifələri” kitablarının təqdimatı keçirilmiş və bütün bələdiyyələrə həmin vəsaitlər əvəzsiz olaraq paylanılmışdır.

Mənbə: Belediyye.info
08.12.2015