Xəbərlər‎ > ‎

İstanbulda Beynəlxaq simpozium keçirilmişdir

16 Mar 2015 13:27 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 16 Mar 2015 13:28 güncellendi ]
        Bu gün - martın 16-da Türkiy
ə Respublikasının İstanbul şəhərində Beynəlxalq simpozium keçirilmişdir. 
        Toplantıda Türkyə universitetlərindən birində çalışan həmyerlimiz, tarix elmləri doktoru Ramin Sadıqov da iştirak etmişdir. 

        R.Sadıqovun söylədiklərinə görə, bu simpozium hər 3 ildə bir dəfə keçirilir. Əvvəlki toplantılar Avstraliyada, Makedoniyada və 2 dəfə də İstanbulda təşkil olunub. Növbəti - 5-ci Simpoziumun isə 2018-ci ildə keçirilməsi planlaşdırılır. 
        Qeyd edək ki, 2018-ci ilin Azərbaycan üçün çox önəmli tarixi hadisənin 100-cü ildönümü olduğunu nəzərə alan R.Sadıqov yığıncaqda çıxış üçün söz alaraq, təlif vermişdir. O, demişdir: "Necə ki bu il, 2015 sizin uçun önəmlidir, çünkü Çanaqqalanın 100 illiyidir, 2018 də bizim Azərbaycan uçun önəmlidir. Belə ki, Azərbaycan Cümhuriyyətinin 100 ili tamam olacaq 2018-də. Gəlin bir dahaki beynəlxalq simpoziumu bizim ölkəmizdə təşkil edin."
        Simpoziumun iştirakçıları tərəfindən həmyerlimizin təklifi çox bəyənilmiş və bu fikri onlar alqışlarla qarşılamışlar. 
        R.Sadıqov ümid edir ki, 2018-ci ildə Azərbaycanda Cumhuriyyətimizin 100 illiyi ilə bağlı bu heyətin təşkilatçılığı və Azərbaycan Elmlər Akademiyasının yardımı ilə böyük beynəlxalq simpozium baş tuta bilər. Çünkü tədbirin heyəti bu fikri kəsinliklə reallaşdırmağa çalışacaqlarını bildiriblər.
        R.Sadıqov onu da qeyd etdi k, heyətə İstanbul Mədəniyyət universiteti, İstanbul Səbahattin Zaim universiteti, Avstraliya Milli universiteti, Çanaqqala universiteti və Türk Tarix Qürumu rəsmi təşkilati dəstək verir.