Xəbərlər‎ > ‎

Şəki Türkiyəli qonaqları qarşıladı

16 May 2016 07:40 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 16 May 2016 11:43 güncellendi ]

Bu gün Qardaş Türkiyə Respublikası Konya şəhərinin Meram Bələdiyyəsinin nümayəndə heyəti Şəkiyə 5 günlük səfərə gəldi. 








        
Bu gün səhər saatlarında Şəki Bələdiyyəsi sədrinin birinci müavini Ehtibar Nuriyev və Şəki Bələdiyyəsinin üzvü Sahib Əlişanbəyli Gəncə hava limanında Konya şəhərinin Meram Bələdiyyəsinin başkanı Fatma xanım Torun başda olmaqla nümayəndə heyətini qarşılamışlar. 

        Hava limanından ayrıldıqdan sonra qonaqlar Qədim Gəncənin görməli yerlərinə baxmış və dahi Nizaminin məqbərəsini ziyarət etmişlər.

        
Gəncədən sonra Türkiyəli qonaqlar Mingəçevir şəhərinə gəlmiş və burada avtobusla şəhəri gəzmiş, respublikamızın ən cavan şəhərinin görməli yerləri ilə tanış olmuşlar.

        Günorta saatlarında qonaqlar Şəkiyə təşrif buyurmuşlar.

        Bu gün başlanan 5 günlük səfər çərçivəsində Meram Bələdiyyəsinin nümayəndə heyəti Qədim Şəkinin tarixi-memarlıq abidələri, karvansaraları, məscidləri, Şəkinin tanınmış şəxsiyyətlərinin ev-muzeyləri və təbiətin əsrarəngiz guşələri ilə tanış olacaqlar.

        Xatırladaq ki, Şəki ilə Konya şəhərinin Meram Bələdiyyəsi arasında 2012-ci il sentyabrın 23-də Şəkidə keçirilən “Şəhər Günü”nə həsr olunmuş bayram tədbirləri çərçivəsində qardaşlıq münasibətlərinin yaranması münasibəti ilə mərasim keçirilmiş və iki bələdiyyə arasında qardaşlaşmaya dair sənədlər imzalanmışdır.
Şəki Bələdiyyəsi,
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi