Xəbərlər‎ > ‎

"ШЕКИ и ШЕКИНЦЫ"

16 Ağu 2016 06:59 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 18 Ağu 2016 00:16 güncellendi ]
        Bu gün - avqustuun 17-də AMEA Şəki Regional Mərkəzində tanınmış jurnalist Firəngiz Xancanbəyovanın yeni çapdan çıxmış rus dilində "ШЕКИ и ШЕКИНЦЫ" ("Şəki və Şəkililər") kitabının təqdimat mərasimi oldu.

        Kitabın ərsəyə gəlməsi haqqında müəllif tədbir iştirakşılarına geniş məlumat verdi. O, bildirdi ki, belə bir kitab yazmağın çoxdan arzusunda olub. Firəngiz xanım Kitabın rus dilində yazılmasını isə rusdilli əhali və Azərbaycandan kənarda yaşayan insanlarda şəkililər haqqında daha geniş məlumatın formalaşmasına xidmət etməsi ilə əlaqələndirdi. Müəllifin çıxışından sonra kitabla bağlı müzakirələr oldu.
        
Pedaqoşi elmlər doktoru, professor Firədun İbrahimov, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışırinov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Şəki-Qax-Oğuz arxeoloji qrupunun rəhbəri Nəsib Muxtarov,
AMEA Şəki Regional Mərkəzinin tlmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov,  AMEA Şəki Regional Mərkəzinin Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənov və filoloq-şair Şahid Məmmədkərimov kitab haqqında müsbət fikirlər söylədilər. Çıxış edənlər də Şəki və şəkililər haqqında rus dilində kitabın işıq üzü görməsini müsbət qiymətləndirdilər. Həmçinin bildirildi ki, təqdimatı keçirilən kitabda çox az məlumatlar var və gələcəkdə bu işi davam etdirmək lazımdır.