Xəbərlər‎ > ‎

YAP Şəki Təşkilatının aparat rəhbəri dünyasını dəyişdi

16 Eki 2017 01:14 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 16 Eki 2017 01:16 güncellendi ]
Şəki ictimaiyyətinə ağır itki üz vermişdir.
Bu gün - oktyabrın 16-da 
YAP Şəki Təşkilatının aparat rəhbəri,
şəki bələdiyyəsinin sabiq üzvü
Rəfael Musayev vəfat etmişdir.












        Musayev Rəfael Məcid oğlu 1951-ci il yanvarın 16-da Şəki şəhərində anadan olmuşdur.
1967-ci ildə Şəki Şəhər 10 saylı orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstituna daxil olmuş və 1972-ci ildə oranı bitirib iqtisadçı ixtisasına yiyələnmişdir.
1972-ci ildən 1973-cü ilə qədər Hərbi Xidmətdə olmuşdur. 1974-81-ci illərdə Şəki İpək İstehsalat Birliyində, 1981-95-ci illərdə Şəki Təsərrüfatlararası Tikinti idarəsində, 1995-99-cu illərdə Şəki Şəhər İcra Aparatında, 1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə çalışmıdır.
        Rəfael Musayev 2007-ci ildən  ömrünün sonunadək YAP Şəki Təşkilatının aparat rəhbəri vəzifəsində işləyirdi. O, həm də 2009-cu ildə Şəki Bələdiyyəsinə üzv seçilmiş, Bələdiyyənin 
Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının sədri vəzifəsini icra etmişdir.

        Şəki bələdiyyəsinin kollektivi, Rəfael Musayevin ailəsinə, əzizlərinə, yaxınlarına və dostlarına bu ağır xəbərdən sarsıldığını bildirir və dərin hüznlə baş sağlığı verir. 
        Rəfael müəllimin əziz xatirəsi onu tanıyanların yaddaşında əbədi yaşayacaqdır. 

        ALLAH RƏHMƏT ELƏSİN.