Xəbərlər‎ > ‎

Şəkidə "Vaqif" pyesi yeni quruluşda və yeni motivlər əsasında tamaşaya qoyuldu

16 Mar 2016 22:55 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 17 Mar 2016 00:00 güncellendi ]
        Martın 12-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında tanınmış şair-yazıçı Vaqif Aslanın və Rusiya Federasiyası və Azərbaycan Respublikasının Əməkdar artisti, Moskva "Dərviş" teatrının təsisçisi və baş rejissoru Mərdan Feyzullayevin həmmüəllifliyi və quruluşu əsasında Səməd Vurğunun “Vaqif” dramının yeni motivlərlə tamaşasının premyerası olmuşdur.




        Premyerada şəhər ictimaiyyətinin nümayəndələri, sənətsevərlər və dahi şairimiz Səməd Vurğunun qohumları iştirak etmişlər.
        
Rejissor Mərdan Feyzullayevin quruluş verdiyi tamaşanın rəssamı Əməkdar rəssam Qüdrət MəmmədovAleksandr Krupenin, musiqi tərtibatçısı İlqar Saatov, modelyeri Elman Rəşidov olmuşlar. 
        Tamaşada əsas rolları Əməkdar artistlər - Əbülfət Salahov (Vaqif), Xanlar Həşimzadə (Qacar), həmçinin teatrın aktyorları İlyas Əsədov (Vidadi), Akif Yusifov (İbrahim xan), Rəhim Qocayev (Məhəmməd bəy), İqrar Salamov (Təlxək) və başqaları ifa etmişlər. 
        "Vaqif" əsərinin yeni quruluşda premyerası tamaşaçılarda böyük təəssürat yaratmışdır.

Fotolar: Hafiz Əhədovundur.