Xəbərlər‎ > ‎

“Milli irs mükafatı”nın təltifetmə mərasimi keçirilib

17 Nis 2015 11:56 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 17 Nis 2015 11:59 güncellendi ]
        Azərbaycan Xalça Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Milli irs mükafatı”nın təltifetmə mərasimi və Şəkinin maddi-mənəvi irsinə həsr olunmuş “Məftun edən şəhər” adlı kitabın təqdimat mərasimi keçirilib

APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, “İçərişəhər Dövlət Tarix-Memearlıq Qoruğu”nun rəhbəri Samir Nuriyev, millət vəkilləri, mədəniyyət və ictimaiyyət xadimləri iştirak edib.

        Nazir Ə. Qarayev bildirib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə qiymətinin təzahürüdür: “Keçmiş bizim hamımıza məxsusdur. Azərbaycan xalqı tərəfindən yaradılan tarixi abidələr yalnız bizim deyil, bütün bəşəriyyətin sərvətidir. Qobustan, İçərişəhər, tar, xalça, muğam artıq bəşəriyyət tərəfindən Azərbaycan xalqının sərvəti kimi qəbul olunur. Azərbaycanda tarixi yerlərə və abidələrə dövlət tərəfindən diqqət və qayğı göstərilir. Abidələrin mühafizəsi və tədqiq olunmasında bir sıra dövlət orqanları, ictimai təşkilatlar bizə köməklik göstərir. Fürsətdən istifadə edib bu işdə zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm”.
        Mərasimdə “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu”nun rəhbəri Samir Nuriyev qeyd olunan günlə bağlı rəhbərlik etdiyi qurumun həyata keçirdiyi işlər barədə məlumat verib, icrası planlaşdırılan layihələrdən bəhs edib.
Bakı. Cavid Zeynallı – APA.