Xəbərlər‎ > ‎

Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Baş Katibi

16 May 2016 21:54 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 16 May 2016 21:56 güncellendi ]
        Fəxri SOLAK - 1965-ci ildə İstanbul şəhərində anadan olub. 1988-ci ildə İstanbul Universiteti. Siyasi Elimler Fakültəsini bitirib. Marmara Universiteti, İqtisad Kafedrasındakı, “Türkiyədə İxracatı Təşviq Tədbirlərinin Tarixi İnkişafı” mövzulu elmi işiyle Magistratura; eyni Kafedrasındakı "Bazar İqtisadiyyatına Keçid Dövründə Qırğızıstan" mövzulu elmi işiyle Doktorantura təhsilini tamamlayıb (1999).         F.Solak doktorantura işləri çərçivəsində, 1993-1994 təhsil dövründə, qonaq olaraq getdiyi Qırğız Dövlət Universitetində araşdırmalar aparıb və bu universitetin hazırlıq kurlsarında rus və qırğız dili dərsləri alıb. 2000-2001 təhsil ilində Qırğızıstanın Cəlalabad şəhərində yerləşən Türk-Qırğız Menecment Fakültəsində çalışıb. 2003-2006-cı illər arası, Baş nazirlik, TİKA Qırğızıstan Ölkə koordinatorluğu vəzifəsində, vəzifə müddətinin sonunda, Qırğız Dövlət Başçısı tərəfindən, Türkiyə-Qırğızıstan əlaqələrinə verdikləri töhfələrinə görə “Üstün Xidmət Mükafatı” ilə mükafatlandırılıb. İstanbul Ticarət Palatası sədrinin Orta Asiya ölkələri üzrə müşavir (2007- indiyedek) Marmara Universiteti, Türk Respublikaları və Qohum Topluluklar üzrə Rektor müşaviri (2010-2014), TRT-də “Türkistan Gündəmi” Proqramın aparıcısı (2010-indiyedek) və müxtəlif qeyri-hökumət təşkilatları idarəedilməsində yaxından iştirak edib . Hal hazırda Marmara Universiteti, İqtisad Fakültəsinin tədris heyetinde pedogoji fealiyyeti ile yanaşı, Orta Asiya ilə əlaqədar araşdırmalarını davam etdirir.
        2014- cü ildən Türk Dünyası Bələdiyyələr Birlyinin Baş katibi vəsifəsinə seçilib.

Mənbə: Belediyye.info