Xəbərlər‎ > ‎

Türkiyəli qonaqların Şəki ilə tanışlığı davam edir

18 May 2016 07:26 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 19 May 2016 00:50 güncellendi ]
Mayın 17-də Qardaş Türkiyənin 
Konya şəhər Meram Bələdiyyəsinin Şəkidə səfərdə olan 
nümayəndə heyəti səhər 
saatlarında 
Şəki Bələdiyyəsinin 
sədri 
Elşad İbadov, 
sədrin birinci müavini 
Ehtibar Nuriyev, 
müavinlər 
Gülnaz Salamova, 
Şirin Həbibullayevin 
iştirakı ilə Heydər Əliyevin 
Şəki Şəhər İcra Hakimiyyətinin qarşısındakı abidəsini ziyarət edib, abidənin önünə qərənfillər düzdülər. 

        Sonra qonaqlar Şəki Şəhidlər Xiyabanını, İkinci Dünya Müharibəsində həlak olmuş Şəkililərin xatirəsinə ucaldılmış abidəni və Şəki İslam Mədrəsəsini ziyarət etdikdən sonra Kiş Alban məbədində oldular. 
        
Qonaqları tarixi abidənin direktoru İlhamə Hüseynova qarşılayıb məbəd haqqında geniş məlumat verdi.
        İlhamə xanım qonaqların diqqətinə çatdırdı ki, məbəd Kiş kəndinin Maflar məhəlləsində yerləşir. Məbəd ərazisini əhatə edən divarların qalıqları bəzi yerlərdə indidə qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir. Bütün bunlar onun müqəddəs dini mərkəz olmasından xəbər verir. Məbədin qülləsi, bu qülləyə bitişik divarlar yerli materiallarla- şirin daşla hörülmüş kirəclə suvanmışdır. Qülləyə bitişik salonun üstü iri, yonma şirim daşlarla örtülmüşdür. Qüllənin divarları 3 tərəfdən metal pulları cəzb etmək xüsusiyyətinə malikdir. Bunu nəmliklə, uzun müddət şam yandığından divarlara parafin qatının çökməsi, güllə daxilində hava cərəyanı ilə izah edirlər. Bu cür maqik xüsusiyyətinə görə məbəd ocaq, pir və ziyarət kimi müqəddəs yerlərdən biri hesab olunur.
        
Məbədin şimal-qərb hissəsində, 4-5 metr aralı həyətdə uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı, tava daş vardır. Yeriməyən, dil açmayan vəya digər şikəstliyi olan uşaqları bu daşın üstündə bir gün otutmaqla onları ruhi və cismani xəstəliklərdən xilas etməyi mümkün sayırlar. Məbədin yerli əhali tərəfəindən bu günə qədər qorunub saxlanmasının əsas səbəbi onun müqəddəs sayılmasıdır ki, bu da onun antikliyi ilə üzvü surətdə bağlıdır.
        Məbədin direktoru onu da əlavə etdi ki, aparılan kəşfiyat xarakterli arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində və ya gəminin suda olan hissəsi quruluşunda olduğunu sübut etdi. Çox qəribədir ki, misir ehramları da bu cür bünövrə üzərində qurulmuşdur.
        Məbəd haqqında qonaqlara geniş məlumat verildikdən sonra tarixi abidənin həyətində çay stolu ərfaında müzakirələr davam etdirildi.
        
Kiş Alban məbədinin ziyarətindən sonra Şəki Bədiyyəsində qonaqlarla görüş keçirildi. Şəki Bələdiyyəsinin sədri Elşad İbadov qardaş Meram Bələdiyyəsinin nümayəndə heyətinin Şəkiyə olan bu səfərinin bütün Şəki ictimaiyyəti tərəfindən maraqla izlənildiyini və bu səfərə bütün Şəkililərin sevindiyini bildirdi. Meram bələdiyyəsinin başkanı Fatma xanım Toru da öz növbəsində Türkiyə ilə Azərbaycanın, konya ilə Şəkinin qardaşlığının əbədi olduğunu qeyd edib, Şəkidə 5 günlük səfərdə olduqları üçün böyük sevinc hissi keçirdiklərini vurğuladı. Görüşdə Azərbaycanı və Şəkini özünə doğma Vətən hesab edən Meram Bələdiyyəsinin ağsaqqalı Muammer bəy Yavuzla canlı telefon əlaqəsi quruldu. Muammer bəy qardaş Türkiyədən həmyerlilərinin Şəkiyə səfərini böyük sevinc hissi ilə qarşıladığını bildirib bütün Azərbaycan xalqına öz sevgisini çatdırdı.
        Şəki Bələdiyyəsində hər iki tərəf biri-birinə hədiyyələr təqdim etdilər. 

        Türkiyəli qonaqların Şəki səfəri davam edir.
Şəki Bələdiyyəsi,
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi