Xəbərlər‎ > ‎

Şəki ipək sənayesində ciddi problemlər var (video)

17 Tem 2014 23:59 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 18 Tem 2014 00:37 güncellendi ]
Şəki qədimdən ipək baramaçılığı üzrə hələ Zaqafqaziyada tanınırdı. Bu gün isə Şəki ipək sənayesində ciddi problemlər var.
1966-cı ildən fəaliyyət göstərən Damazlıq İpəkçilik Stansiyası artıq öz süqutunu yaşayır.

        
Azərbaycanda yeganə o
lan və 1966-cı ildən fəaliyyət göstərən Damazlıq İpəkçilik Stansiyası artıq öz süqutunu yaşayır. Vaxtilə Qafqazda baramaçılıq üzrə ən böyük sənaye müəssisəsi olan və hər mövsüm 300 tona yaxın barama yetişdirən ipəkçilik stansiyasının iflic vəziyyətdə olması bir neçə ildir ki, “Şəki İpək” ASC-in işinin tamamilə dayanmasına səbəb olub.
        Baxmayaraq ki, Şəki Regional Elm Mərkəzinin ipəkçilik labaratoriyasında yeni və yerli məhsuldar cinslər yetişdirilir.
        Şəki regional elm mərkəzinin elmi işçisi Qüdürət Bəkirovun sözlərinə görə, 2011-ci ildə iki hibridə patent və müəlliflik şəhadətnaməsi almağımıza baxmayaraq, bunun üçün kütləvi şəkildə bizə müraciətlər olmalıdır ki, biz hazırladığımız bu məhsuldar sortları sifarişçilərə məmmuniyyətlə hazırlayıb verək. Ancaq bu gün bizim hazırladığımız yeni cins hibritlər nə qədər məhsuldar olsa da bu gün bizə müraciətlər yoxdur.
        
Mütəxəssis bildirir ki, barama qurdunun yem bazası olan tut bağlarının əksəriyyəti torpaqlar əmlak payı kimi əhalinin şəxsi mülkiyyətinə veriləndən sonra ləğv olunub. Baramanın alış qiyməti ucuz olduğundan kəndlidə bu sahəyə maraq get-gedə azalıb və bu səbəbdən tut bağları demək olar ki, məhv edilib.
        Dəhnə kənd sakini Səmayə İslamova deyir ki, çox gəlirli məhsulu var idi: “Bütün tələbatımızı bu məhsulun satışı ilə ödəyirdik. İndi baramaya qiymət verilmədiyinə görə, heç kəs baramaya baxmır. Bu gün də pulu yaxşı olsa, hamı baramaya baxar".
        Fatma Cəlalova qeyd edir ki, indi olsa, canla-başla baxaram və həmin məhsulu verərəm: “Daha qeydinə qalan olmadı, təşkilatlar nədənsə köməkçi olmadı. Camaat da bunu ləğv etdi”.
        İcra hakimiyyətində isə bildirirlər ki, rayonda bu sahənin inkişafı ilə bağlı yeni konsepsiya hazırlanıb və hökumətə təqdim olunub.
        Onu da qeyd edək ki, Azərbaycan keçmiş sovetlər məkanında barama istehsalına görə Özbəkistandan sonra 2-ci, baramanın və ipəyin keyfiyyətinə görə isə 1-ci yeri tuturdu. Mövcud vəziyyət isə onu deməyə əsas verir ki, nəinki bu öncüllüyü yenidən qaytarmaq mümkündür, diqqətdən kənarda qalan bu sahəyə münasibət dəyişməsə, baramaçılıq tarixə qovuşmaq təhlükəsində qalacaq.

Mənbə: ANS TV, 16.07.2014 23:47

Видео YouTube