Xəbərlər‎ > ‎

Daxili işlər naziri Şəkidə vətəndaşları qəbul edəcək

17 Ağu 2016 23:03 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 17 Ağu 2016 23:03 güncellendi ]
        2016-cı il avqustun 27-də Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov tərəfindən Şəki şəhərində - Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonları üzrə vətəndaşların qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur.
        Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər. Qəbula yazılmaq üçün müraciət edən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.