Xəbərlər‎ > ‎

Şəkidə bələdiyyə seçkiləri ilə bağlı maarifləndirici tədbir keçirilmişdir (video)

18 Kas 2014 05:19 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 18 Kas 2014 05:20 güncellendi ]
        Bələdiyyə seçkilərinin yaxınlaşması ilə əlaqədar dünən - noyabrın 17-də  Şəkidə maarifləndirici tədbir keçirilib. 
        
        Tədbirdə rayon rəsmiləri, İnsan Hüquqları üzrə Müvəkkil, MSK və bələdiyyələrdən nümayəndələr iştirak edib. Tədbirdə seçkilər zamanı yerli orqanlarının üzərinə düşən vəzifələrdən, seçki öncəsi müəyyən olunmuş yerlərdə mitinq keçirməsinə şərait yaradılmasından danışılıb, məntəqələrinin seçkilərə hazır olduğu bildirilib. 
        Toplantıda seçkilər sahəsində aparılan islahatlar barəsində də məlumat verilib, bələdiyyələrin hüquqları izah olunub. 
        Qeyd edək ki, bölgə üzrə ilk belə tədbir Şəkidə keçirilib.

Mənbə: Kanal S

Видео YouTube