Xəbərlər‎ > ‎

Şəki Bələdiyyəsində 20 Yanvar Şəhidlərinin xatirəsi yad edildi

19 Oca 2016 03:36 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 19 Oca 2016 03:37 güncellendi ]
        Bu gün Şəki Bələdiyyəsində 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr edilmiş toplandı keçirildi.

        Tədbiri bələdiyyənin sədri Elşad İbadov giriş sözü ilə açaraq 1990-cı ildə sovet qoşunlarının Azərbaycanın paytaxtı Bakıda və bir neçə rayonda törətdikləri vəhşiliklərdən qısa məlumat verdi.
        Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildən sonra bələdiyyə sədrinin birinci müavini Ehtibar Nuriyev çıxış edərək bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “A” təxribat qrupları tərəfindən təşkil olunub. Bu faciə Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla, sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, imperiyanın növbəti qəddarlığını ört-basdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. 
        E.Nuriyev çıxışında onu da qeyd etdi ki, o
əmin çətin günlərdə Vətəndən uzaqlarda olsa da öz millətinin, xalqının taleyinə biganə qala bilməyən Ulu Öndər həyatını təhlükə qarşısında qoyaraq, yenə xalqının harayına səs verdi. Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd addım kimi pisləyərək sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa edib. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1990-cı il noyabrın 21-də məhz Ümummilli Liderimizin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul edib. Daha sonra Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1994-cü il yanvarın 5-də imzaladığı Fərmanla Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunub. Milli Məclis 1994-cü il martın 29-da faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verib.