Xəbərlər‎ > ‎

Ədil xanın evi dağılmaq təhlükəsi ilə üz-üzə qalıb... (foto, video)

19 May 2015 05:34 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 19 May 2015 05:45 güncellendi ]
        Rayonda bir çox abidələr burada mədəniyyət və sənətkarlığın qədim dövrlərə qədər gedib çıxdığını göstərir. Elə buna görədir ki, Şəkiyə gələn qonaqlar bu abidələri görmədən geri dönmur. 
        
        Şəkidə tarixi şəxsiyyətlərə məxsus evlər də var. Hansı ki, bir çoxları dövlət tərəfindən mühafizə olunur. Bunlardan biri də Şəkinin Daşüz kəndində yerləşən Ədilxana məxsus evdir. Şəkidə Ədilxan İlisulu barədə müxtəlif rəvayətlər mövcuddur. Bir çoxları Ədilxanı Şəki xanlarından biri kimi tanıyır. Əslində isə Ədilxan XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış məşhur zadəganlarından biridir. Sultanovlar nəslinin nümayəndəsi olan bu şəxs atlara böyük marağı ilə şöhrət qazanıb. O, Daşüz kəndində Qafqazda o vaxtın ən böyük atçılıq zavodlarından birini inşa etdirib. Bu kənddə Ədilxanın xatirəsini yaşadan ev günümüzə qədər gəlib çatıb. Müxtəlif dövrlərdə binada damazçılıq və digər müəssisələr fəaliyyət göstərib. 1914-cü ildə inşa edilən tikilinin hazırda bərpaya ehtiyacı var. Bişmiş kərpicdən tikilən ev Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi mühafizə olunur. Bina orijinal forması saxlanılmaqla bərpa olunarsa Şəkiyə gələn qonaqların ziyarət etdikləri məkanlardan birinə çevrilə bilər.
Mənbə: Kanal S