Xəbərlər‎ > ‎

"Labirint" Konyalı qonaqları heyran etdi

18 May 2016 22:38 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 18 May 2016 22:46 güncellendi ]
        Dünən - m
ayın 18-də Türkiyəli qonaqlarla Şəki Bələdiyyəsinin kollektivi Şəkinin Vərəzət kəndindəki Türk Şəhidliyini ziyarət etdikdən sonra Fazıl kəndində arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş və planetimizdə yeganə olan “Əbədi sükut dünyası – Labirint” muzeyi ilə tanış oldular. 

       




                














        
“Əbədi sükut dünyası – Labirint” muzeyinin 
yaradıcısı, AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun baş elmi işçisi, Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyasının rəisi Nəsib Muxtarov və həmin institututun əməkdaşı İntizar Bədəlova qonaqlara muzey haqqında ətraflı məlumat verdilər.
Bildirildi ki, muzey 2006-cı ildə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tarixi eksponatlar əsasında yaradılmışdır. Buranın özəlliyi və planetimizdə yeganə olmasının ən birinci səbəbi də torpaq altından tapılmış insan skeletlərinin, məişət və digər əşyaların olduqları yerdə tamamilə saxlanılmasıdır. Belə ki, muszeydə insan və heyvan sümükləri, qab-qacaq, silah və bəzək əşyaları üstü açıldıqdan sonra torpaqdan tamamilə çıxarlmamış və alt hissələri olduğu kimi torpaqda saxlanılmışdır. Muzeyin orijinallığı və onun yaradılmasında arxeoloqların çəkdikləri zəhmət qonaqların böyük heyrətinə səbəb oldu. 
        Türkiyəli qonaqların Şəki səfəri davam edir.
Şəki Bələdiyyəsi,
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi