Xəbərlər‎ > ‎

Şəkidə 26 yaşlı gənc intihar edib

20 Oca 2014 07:23 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 20 Oca 2014 07:24 güncellendi ]



Bu gün səhər saatlarında intihar hadisəsi qeydə alınıb. Belə ki, hadisə yerində təxminən 30 yaşlarında olan Şəki sakini Sadıqov Sərxan Məmməd oğlu asılmış vəziyyətdə aşakar edilib. Onun özünü hansı səbəblərdən asması hələlik bəlli deyil. Faktla əlaqədar Şəki rayon prokurorluğunda cinayət açılıb, araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.


Şəkidə intihar hadisəsi baş verib. Şəki şəhər-rayon Polis Şöbəsindən verilən məlumata görə, intihar bu gün səhər saatlarında Şəki şəhəri, Pişnamazadə küçəsi, ev-40-a baş verib. 1988-ci il təvəllüdlü, Şəki şəhər sakini Sadıqov Sərxan Məhəmməd oğlu özünü yaşadığı evin həyətyanı sahəsindəki alma ağacından asaraq intihar edib. Şəki ŞRPŞ-dən bildirilib ki, Sərxan Sadıqov Şəki əsəb xəstəlikləri dispanserində qeydiyyatda olub, əsəb xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (üzünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.