Xəbərlər‎ > ‎

Şəkidə “Türk Dünyası Gənclərinin Liderlik Forumu” keçirilmişdir

20 Tem 2016 02:32 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 20 Tem 2016 02:34 güncellendi ]
        Dünən - iyulun 19-da “Dünya Türk Gəncləri Birliyi” İB təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Şəkidə “Türk Dünyası Gənclərinin Liderlik Forumu” keçirilmişdir.


        “Shaki Palace” otelində keçirilən tədbirdə türkdilli dövlətləri təmsil edən 40 nəfər gənc iştirak etmişdir.
        Öncə tədbir iştirakçıları Ulu Öndərin şəhər icra hakimiyyətinin binasının qarşısındakı abidəsi önünə gül dəstələri qoyaraq ona öz ehtiramlarını bildiriblər.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə Şəki Şəhər İcra Hakimiyyətinin baçısı Elxan Usubov qonaqları səmimi salamlayaraq onlara Şəki şəhəri, burada keçirilən festivallar, beynəlxalq tədbirlər haqqında ətraflı məlumat vermiş, “Dünya Türk Gəncləri Birliyi” İB təşkilatçılığı ilə keçirilən tədbirin əhəmiyyətini vurğulamış, forumun işinə uğurlar arzulamışdır.
        Məlumat üçün bildirək ki, “Dünya Türk Gəncləri Birliyi” İctimai Birliyi 1992-ci ilin fevralında Tatarıstanın paytaxtı Kazan şəhərində yaradılıb. İctimai birliyin fəaliyyətinin əsas məqsədi türkdilli xalqlara mənsub gənclər arasında həmrəylik və əməkdaşlıq əlaqələrinin yaradılması və gücləndirilməsi, onlara mənəvi dəstək göstərilməsi, ümumtürk mədəniyyətini dirçəltmək və tanıtmaq, bütün türkdilli xalqların yaşadıqları bölgələrin problemlərini dünya ictimaiyyətinə tanıtmaq və onların həlli yollarını tapmağa çalışmaqdan ibarətdir. Bu istiqamətdə ictimai birlik tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər, kofranslar, seminarlar keçirilir. Hazırda ictimai birlik 19 ölkədən 36 türkdilli xalq və toplumları təmsil edən 40-dan çox qurum və təşkilatları özündə birləşdirir. Birliyin sədri 3-cü çağırış Milli Məclisin deputatı olmuş Əkrəm Abdullayevdir.

Sheki-ih.gov.az