Xəbərlər‎ > ‎

YAP Şəki təşkilatı növbəti Bələdiyyə seçkiləri ərəfəsində

20 Kas 2014 02:08 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 20 Kas 2014 02:08 güncellendi ]













Həsən HƏSƏNOV,
YAP Şəki təşkilatının sədri 

        Məlumdur ki, 23 dekabr 2014-cü il respublikamızda Bələdiyyə seçkiləri günüdür. 
        Yeni Azərbaycan Partiyası Şəki təşkilatı Partiyanın Mərkəzi Qərərgahı tərəfindən seçkilərə hazırlıqla əlaqədar start verilən andan İdarə Heyətinin xüsusi tədbirlər planı hazırlanmış və plana uyğun şəkildə mütəmadi iş aparılır. İdarə Heyətinin bütün yığıncaqlarında YAP Şəki təşkilatı və onun ərazi partiya təşkilatlarında aparılan hazırlıq işləri müzakirə edilir.
        YAP Şəki təşkilatı yanında 21 nəfərdən ibarət seçki qərərgahı və 30 nəfərdən ibarət təbliğatçılar qrupu yaradılmışdır.
        YAP Şəki rayon təşkilatı 40 Bələdiyyə üzrə 376 nəfər namizədin imzatoplama kampaniyasını başa çatdırmışdır. Bələdiyyə seçkilərinə hazırlıq işləri başa çatdırılmaqla tədbirlər planına uyğun gələcək mərhələlərin icrası təmin ediləcəkdir.
        Təbliğat kompaniyasına başlanılacaq andan Azərbaycan Respublikası Seçki Məcəlləsi əsasında bütün demokratik prinsiplərə əsaslanmaqla YAP tərəfindən namizədliyi irəli sürülən bütün siyasi həmfikirlərimizin seçkilərdə mütləq qələbələrinin təmin edilməsi üçün Yeni Azərbaycan Partiyası Şəki təşkilatının 105 ərazi partiya təşkilatlarında birləşən 10875 nəfər partiya üzvlərimiz səfərbər ediləcəklər.
        Bütün siyasi kampaniyalarda öz fəaliyyəti ilə fərqlənən Yeni Azərbaycan Partiyası Şəki təşkilatı bu seçkilərdə də fəal mövqe tutacaqlar.
        Rayonumuzun ərazisində 113, 114 və 115 saylı üç dairə seçki komissiyası fəaliyyət göstərir. YAP tərəfindən Bələdiyyələrə namizədliyi irəli sürülmüş şəxslərin əksəriyyəti dairələrdə artıq qeydiyyatdan keçmişlər. Üç seçki dairəsinin 114 məntəqəsinə 570 nəfər müşahidəçi və 117 nəfər məşvərətçi səs hüququna malik komissiya üzvü müəyyənləşdirilmişdir. YAP Şəki təşkilatı və onun 105 ərazi partiya təşkilatı Bələdiyyə seçkilərinə hazırdır və təbliğat kompaniyası başlanılan andan seçki məcəlləsinin tələblərinə uyğun təbliğat və təşviqatın bütün svil formalarından istifadə ediləcəkdir.
        Yeni Azərbaycan Partiyası Şəki təşkilatı Gənclər Birliyi və Qadınlar Şurası xətti ilə digər ictimai-siyasi qurumlar və təşkilatlarda müxtəlif silsilə tədbirlər keçirilir.
        Yeni Azərbaycan Partiyası Şəki təşkilatında birləşən 10875 nəfər partiya üzvü və seçicilərimizin mütləq əksəriyyəti Milli Liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz, partiyamızın sədri İlham Əliyev Cənablarının uğurla həyata keçirdiyi siyasi xətti tamamilə dəstəkləyir, bu xəttin həyata keçirilməsində və seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş 376 nəfərin qələbəsi üçün səfərbərdirlər.

YAP Şəki təşkilatın