Xəbərlər‎ > ‎

Məzunlar məktəblə vidalaşdı...

20 Tem 2016 23:07 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 21 Tem 2016 00:08 güncellendi ]
Dünən Şəkinin 14 saylı tam orta məktəbində IX və XI sinifləri bitirən şagirdlərə şəhadətnamə və attestatlar təqdim olunub.

        IX sinif şagirdlərindən 3 nəfər Əlifova Şəhla Əziz qızına, Əlizadə Fidan Kənan qızına və Məmmədova Aysel Adil qızına Ümumi Orta Təhsil Haqqında Nümunəli Şəhadətnamə verilib. XI sinfi isə Rüstəmova Rəhimə İlham qızı, Salmanzadə Vüsal Məmməd oğlu əla qiymətlərlə, Məcidli Jalə Güloğlan qızı isə yalnız bir fənndən "4" olmaqla əla qiymətlərlə başa vurublar.
 
                                      * * *
        
Xatırladaq ki, Respublikamızın bütün məktəblərində olduğu kimi, 2015/2016-cı tədris ilinin başa çatması münasibəti iyunun 14-də Şəki şəhər 14 nömrəli məktəbdə də Son zəng tədbiri keçirilmişdi. Tədbirdə Şəki Bələdiyyəsinin sədri Elşad İbadov da iştirak etmişdi. Mərasimdə Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev, Təhsil Şöbəsinin inspektoru Bəhyəddin Qüvvətov, Şəki Şəhər Regional Debat Mərkəzinin idarə heyətinin üzvü Vəfadar İskəndərli də iştirak etmişlər. 

        
Tədbiri giriş sözü ilə məktəbin direktoru İradə Abdullayeva açaraq, il ərzində məktəbin əldə etdiyi nailiyyətlər haqqında danışdı, müəllim və şagirdlərin Fəxri fərman və Diplomlarını təqdim etmişdir. Direktor eyni zamanda məzunları və birinciləri təbrik edərək onlara xoş arzularını bildirmişdir. 
        Qonaqlardan Şəki Şəhər Təhsil Şöbəsinin inspektoru Bəhyəddin Qüvvətov, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Məmmədova, məktəbin tərbiyə işləri üzrə direktor müavini Samirə Əliəsgərova, məzunların sinif rəhbəri Ziyafət Hüseynova, məzunların ibtidai sinif müəllimi Zərif Məhərrəmova və valideynlər çıxış edərək öz ürək sözlərini bildirmişlər.

        Şəki 14 nömrəli məktəbdə Son zəng tədbirindən fotolar: