Xəbərlər‎ > ‎

Şəkidə Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü qeyd edildi

21 Kas 2014 11:32 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 21 Kas 2014 11:33 güncellendi ]
        
T
ədbir iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
        Sonra tədbiri giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədri Həsən Həsənov tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci illiyi münasibətilə təbrik etdi. O, Yeni Azərbaycan Partiyasının 22 il ərzində ümumxalq partiyasına çevrildiyini, bütün bu müddət ərzində Azərbaycanın inkişafı naminə çalışdığını bildirdi. Həsən Həsənov 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətinə olduğunu, bu böhrandan xalqı və dövləti ulu öndər Heydər Əliyevin çıxardığını, xalqın ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını bildirdi. O, ümummilli liderin əsasını qoyduğu siyasi kursun, 1994-cü ildən aparılan uğurlu neft strageyiasının bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, bu siyasət nəticəsində hazırda ölkəmizin qüdrətli dövlətə çevrildiyini və regionun lider dövlətinə çevrildiyini qeyd etdi. 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə təsis konfansını keçirən partiyanın bu gün sıralarında 650 mindən artıq üzvün birləşməsi də deyilənlərin təsdiqidir.
        Natiq qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının avanqard dəstələrindən olan YAP Şəki rayon təşkilatı rayonun ictimai-siyasi həyatında önəmli rol oynamaqla bu gün ətrafında 3898 nəfər gənci, 5475 nəfər qadını, müxtəlif peşə sahiblərini və sadə sıravi vətəndaşı birləşdirir. Partiya sıralarına qəbul zamanı, Ulu öndər Heydər Əliyev ideyalarına sadiq, əqidəli, keyfiyyətcə saf, dövlətçiliyimizi müdafiə edən, azərbaycançılıq məfkurəsinə yiyələnən, qəlbən partiyaya bağlı insanların qəbulu əsas meyar kimi götürülmüşdür.
        
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Südabər İsmayılova tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi, partiyanın çətin dönəmlərdə yarandığını, həmin dövrdə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalının ümumilli liderə müraciət etdiyini və bundan sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyini bildirdi. S.İsmayılova 1990-cı ilin əvvəllərində ölkəni idarə edən şəxslərin yarıtmaz fəaliyyətinin xalqın səbr kasasının daşmasına səbəb olduğunu, xaqlın ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdiyini, 1993-cü ildə Heydər Əliyevin Azərbaycanı xilas etməsinin Azərbaycan tarixində mühüm tarixi hadisə olduğunu dedi. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün də partiyanın lideri, ulu öndərin siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən aparılan qətiyyətli, alternativsiz, məqsödyönlü siyasət nəticəsində ölkəmiz sürətlə, dinamik şəkildə inkişaf edir.
        Daha sonra İdarə Heyəti üzvü Vüqar İsgəndərov çıxış edərək qeyd etdi ki, böyük öndər Heydər Əliyev duhasından yaranan yeni Azərbaycan Partiyası 22 il ərzində böyük inkişaf yolu keçmiş, regionun lider siyasi qüvvəsinə çevrilmişdir.Partiyamız iqtidar partiyası olaraq Azərbaycanın çiçəklənməsi naminə üzərinə düşən bütün öhdəliklərin öhdəsindən layiqincə gələrək dövlətimizin inkişafı naminə öz töhvələrini verməkdədir.
        Natiq qeyd etdi ki, Ulu öndər Heydər Əliyev duhasından bəhrələnən Yeni Azərbaycan Partiyası ölkəmizin inkişafı naminə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətin təkanverici qüvvəsinə çevrilmişdir.Bu gün çiçəklənən Azərbaycanın daha da qüdrətlənməsi naminə Möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşir,, bu yolda onun apardığı uğurlu daxili və xarici siyasəti hamılıqla dəstəkləyirik.

* * *
        
Bu gün h
əmçinin 
Yeni Azərbaycan Partiyasının yaranmasının 22 illiyi ilə bağlı Şəki YAP Gənclər Birliyi dəyirmi masa keçirib.

        Tədbiri giriş sözü ilə Gənclər və İdman idarəsinin rəisi Vüqar İsgəndərov açıb.
        O, Yeni Azərbaycan Partiyasının 22 il ərzində ümumxalq partiyasına çevrildiyini, bütün bu müddət ərzində Azərbaycanın inkişafı naminə çalışdığını bildirdi. Həsən Həsənov 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətinə olduğunu, bu böhrandan xalqı və dövləti ulu öndər Heydər Əliyevin çıxardığını, xalqın ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını bildirdi.
        Daha sonra Şəki YAP Gənclər Birliyinin sədri Daşqın Mikayılov gəncləri bayram münasibətilə təbrik edib.
YAP Şəki Təşkilatı