Xəbərlər‎ > ‎

Rasim Ocaqovun xatirəsi yad olundu (video)

21 Kas 2014 11:53 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 21 Kas 2014 11:57 güncellendi ]
        
Bu gün  Ş
əki şəhər rəhbərliyi və icnimaiyyət nümayəndələri Azərbaycanın görkəmli kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti, Azərbaycan SSR və Çeçen-İnquş MSSR əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan SSR Dövlət Mükafatı laureatı Rasim Ocaqovun doğum günü münasibti ilə onun Məmməd Əmin Rəsulzadə prospektindəki Bareliyefi qarşısına gül qoyublar. Daha sonra tədbir iştirakçıları Rasim Ocaqov barədə xatirələrini bölüşüb, onun filimləri barədə danışıblar. 
        Qeyd edək ki, sabah görkəmli kinorejissorun 81 yaşı tamam olacaq.
* * *

        Rasim Ocaqov 1933-cü il noyabr ayının 22-də Şəki şəhərində anadan olub. 1951-56-cı illərdə Moskvada Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib. Azərbaycan və SSRİ-nin Dövlət mükafatları laureatı, Azərbaycanın xalq artisti olub.
        50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi "Bir məhəlləli iki oğlan" filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. "Onun böyük ürəyi" (1958) flimi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. Bundan sonra lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.
        Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olmuşdur. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o qəhrəmanların ifaçılarını dəyişdi, ssenarini yenidən işlədi. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırdı. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, bütövlükdə filmin uğurlu olduğu mətbuatda geniş qeyd edildi. Onun ikinci rejissor işi "Tütək səsi" filmi oldu. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiri "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.
        R.Ocaqov 2006-cı il iyulun 11-də 72 yaşında Bakıda dünyasını dəyişib.
        Allah ona rəhmət eləsin.