Xəbərlər‎ > ‎

Şəki Şəhər Bələdiyyəsi yeni tingçilik təsərrüfatı yaradır (video)

21 Kas 2015 08:03 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 21 Kas 2015 08:04 güncellendi ]
Şəki Şəhər Bələdiyyəsi yeni tingçilik təsərrüfatı yaradır. Bu məqsədlə 4 hektar ərazidə tingçilik təsərrüfatının yaradılması nəzərdə tutulur. Məqsəd daxili büdcə gəlirlərinin artırılmasıdır. Bələdiyyə təsərrüfat əsaslarla çalışan qurumlardandır və xərclərini öz daxili imkanları hesabına həyata keçirir. Buna görə də, öz büdcəsini vergilərlər, icarələr və bu kimi mənbələrdən maliyyələşdirməklə yanaşı, səlahiyyətləri çərçivəsində yeni maliyyə mənbələri arayır. Hazırda ərazinin kol-kosdan təmizlənməsi aparılır. Bataqlıq və gölməçələr kanallar vasitəsiylə qurudulur. Daha sonra ərazidə aqrotexniki işlərə başlanılacaq. Torpağın şumlanması və yazın əvvəlində yeni tinglər salınması, toxumlar əkilməsi nəzərdə tutulur.
Mənbə: Kanal S

Видео YouTube