Xəbərlər‎ > ‎

TQDK-nın Şəki regional bölməsinin təşkilatçılığı ilə Şəkidə zona müşavirəsi keçirmişdir

22 Şub 2014 02:40 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 22 Şub 2014 02:42 güncellendi ]
        Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Şəki regional bölməsinin təşkilatçılığı ilə fevralın 20-də Şəki şəhərində 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının və 2013-cü il məzunlarının buraxılış imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirilmişdir.

        Müşavirədə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayonları və Mingəçevir şəhər təhsil şöbələrinin məsul şəxsləri, eləcə də ümumtəhsil məktəblərinin direktor və müəllimləri iştirak etmişlər.
        Müşavirədə TQDK-nın Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynovun ötən ilki qəbul və buraxılış imtahanlarının elmi-statistik təhlilinə dair məruzəsi dinlənilmiş, bölgəni təmsil edən rayonların orta məktəb məzunlarının qəbul və buraxılış imtahanlarında göstərdikləri nəticələr ətraflı təhlil və müzakirə olunmuşdur.
        Bildirilmişdir ki, respublikanın bütün şəhər və rayonları üzrə 2013-cü il məzunlarının qəbul və buraxılış imtahanlarındakı nəticələrinə dair hazırlanmış xüsusi statistik məlumat kitabçaları müşavirədən əvvəl regionun bütün təhsil şöbələrinə və orta məktəblərinə paylanılmışdır. Bu kitabçalarda müvafiq bölgənin məzunlarının imtahan fənləri üzrə göstəriciləri, topladıqları ballar haqqında məlumatlar, onlardan ayrı-ayrı təhsil ocaqlarına qəbul olunanların sayı, bölgənin hər bir məktəbini təmsil edən abituriyentin orta statistik nəticələri və qəbulolunma göstəriciləri öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, bu materiallardan metodiki cəhətdən düzgün istifadə olunması tədris prosesinin səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynaya bilər.
Mənbə: sheki-ih.gov.az