Xəbərlər‎ > ‎

Şəkinin “Dağdibi” məhəlləsində səyyar qəbul keçirilib

22 Şub 2014 02:49 tarihinde Murad Nabibekov tarafından yayınlandı   [ 22 Şub 2014 02:49 güncellendi ]
        Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov fevralın 20-də şəhərin “Dağdibi ” məhəlləsinin sakinləri ilə görüşmüşdür.

        Görüş yığıncağında məhəllə sakinləri, şəhər ictimaiyyətinin nümayəndələri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, əlaqədar müəssisə, idarə və təşkilat rəhbələri də iştirak etmişlər.
        Şəhər sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü, onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmiş, son illər şəhərdə aparılan geniş tikinti, abadlıq və yenidənqurma işləri sakinlərin hədsiz sevincinə səbəb olduğunu, onlarda doğma yurda bağlılıq hislərini artırdığını bildirmişlər. Bununla yanaşı, şəhərimizdə, eləcə də həmin ərazidə görüləcək işlərdən danışılmış, məhəllənin ərazisindəki həlli vacib məsələlərə toxunulmuşdur.
        Məhəllə sakinləri Əfşan Həmidova, Əhəd Abdullayev, Namiq Rəsulov, Xanlar Rüstəmov, Cavanşir Azaqov və digərləri çıxış edərək Qəbələ, Səfərov küçələrinin əsaslı təmiri və işıqlandırılması, ərazidən keçən avtobus marşrutlarının tənzimlənməsi, yeni dayanacaqların qoyulması, güc transformatoru qoyulan ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər.
        Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qaldırılan məsələrlə bağlı ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, şəhərdə aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.
Mənbə: sheki-ih.gov.az